“Bakı”nın futbolçusu: “Neftçi”ni qapıçısı xilas etdi”

“Bakı”nın futbolçusu: “Neftçi”ni qapıçısı xilas etdi”
ÖLKƏ FUTBOLU 25 Sentyabr 2011 / 12:00 2363
-  A +

“Əgər qol vura bilmədiksə, deməli nəsə çatmadı. Epizodlarımız oldu, top dirəkdən qayıtdı. Ancaq “Neftçi”nin qapıçısı yaxşı oynadı və komandasını qoldan xilas etdi. Rəqib qolu künc zərbəsindən sonra vurdu”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Neftçi” ilə oyundan sonra “Bakı”nın yarımmüdafiəçisi Vadim Borets klubun rəsmi saytına açıqlamasında deyib. Matç ərzində kifayət qədər qol imkanlarının olduğunu deyən Borets bu oyunu unudub, gələcəyə baxmalı olduqlarını bildirib:

“Qalib gəlsək, yaxşı olardı. Son dəqiqələrdə də yaxşı imkanlarımız oldu. Amma neynəmək olar. Bu futboldur. Həyat davam edir. Qarşıdakı oyunlara baxacağıq. Yaxşı çalışıb, qələbə qazanmalıyıq”.

Qeyd edək ki, “Neftçi” – “Bakı” görüşü “ağ-qaralar”ın qələbəsi ilə (1:0) başa çatıb.

Daha çox


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq