Braziliya çempionatında keçirilən "Vorker" - "Mirassol" matçında maraqlı hadisə yaşanıb. Qol.Az-ın məlumatına görə, oyunu izləyən azarkeşlər bu dəfə futbolçunun deyil, baş hakimin simulyasiya etməsinin şahidi olublar. Matçın gedişində futbolçuya qırmızı vərəqə göstərən referi həmin oyunçunun azacıq toxunuşu müqabilində özünü yerə atıb. Bu epizod kameramanların da diqqətindən yayınmayıb. Həmin epizodu təqdim edirik: