Bu gün Azərbaycan Premyer Liqasının VII turunda oyunlarına daha 3 qarşılaşma keçirilib. Qol.Az-ın məlumatına görə, günün ilk oyunu isə Sumqayıtda baş tutub.
Burada yerli “Sumqayıt Şəhər” komandası Zaqatalanın “Simurq” klubunu qəbul edib. Son turda səfərdə “Rəvan”la 0:0 bərabərə qalan “Sumqayıt Şəhər” bu görüşə 3 xal iddiası ilə çıxmışdı. Hazırda aktivində 2 xal olan Sumqayıt təmsilçisi bu görüşdə qalib gəlməklə mövsümdə ilk qələbəsini qazanmaq niyyətində olsa da, bunu bacarmayıb.
Son oyununda Gəncənin “Kəpəz” klubu üzərində 4:2 hesabı ilə inamlı qələbə qazanan “Simurq” “Sumqayıt Şəhər”i də 1:0 hesabı ilə məğlub edərək bu qələbənin təsadüfi olmadığını sübut edib. Bununla da, xallarının sayını 8-ə çatdıran Zaqatala təmsilçisi turnir cədvəlində 8-ci pilləyə yüksəlib.
Günün digər qarşılaşması isə Şüvəlan qəsəbə stadionunda baş tutub. Burada paytaxtın AZAL klubu Ağdam təmsilçisi “Qarabağ”la qarşılaşıb. Son turda “İnter”lə 1:1-lik bərabərə qalan AZAL klubu bu uğursuzluğu unutdurmaq niyyətində idi. Doğma azarkeşlər önündə oynayacaq “təyyarəçilər”i yalnız qələbə qane edirdi.
Lakin Elxan Abdullayevin komandası buna nail olmayıb. Hərçənd oyun AZAL üçün yaxşı başlamışdı. Matçın 3-cü dəqiqəsində hesabı açan paytaxt təmsilçisi bu üstünlüyünü sonadək qoruya bilməyib və görüş 3:1 hesabı ilə "Qarabağ"ın xeyrinə başa çatıb. Bununla da, Ağdam təmsilçisi "qara zolaq"dan çıxmış olub.
Turun son görüşü isə “Şəfa” stadionunda keçirilib. Burada paytaxtın digər təmsilçisi “İnter” Gəncənin “Kəpəz” klubu ilə qarşılaşıb. Son turlarda yaxşı təsir bağışlayan Kaxaber Sxadadzenin komandası bu görüşün də favoriti hesab olunurdu. Lakin tərəflərin səylərinə baxmayaraq görüşdə hesab açılmayıb - 0:0.
24 sentyabr (şənbə)
19:00. "İnter" - "Kəpəz" - 0:0
Hakimlər: Rəhim Həsənov, Aleksandr Musatkin, Knyaz Əmiraslanov, Fariz Yusifov
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor: Məlik Həsənov
"Şəfa" stadionu.
15:00. "Sumqayıt Şəhər" - "Simurq" - 0:1
Qol: Robertas Poşkus, 10 (0:1)
Hakimlər: Vüsal Əliyev, Zeynal Zeynalov, İsgəndər Əliyev, Ramil Əhmədov
AFFA nümayəndəsi: Əziz Əliyev
Hakim-inspektor: Akif Məmmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
18:00. AZAL - "Qarabağ" - 1:3
Qollar: Giorgi Bogihu, 3 (1:0), Bronislav Arsenyeviç, 15-avtoqol (1:1), Georgi Adamiya, 21 (1:2), 77 (1:3)
Hakimlər: Anar Salmanov, Azər Əsgərov, Elşən Acalov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Məhəmməd Məmmədov
"AZAL Arena" stadionu.
Matçın 81-ci dəqiqəsində "Qarabağ"ın iki qoluna imza atan Georgi Adamiya simulyasiya etdiyinə görə ikinci sarı vərəqə alaraq meydandan qovulub.
23 sentyabr (cümə)
"Xəzər Lənkəran" - "Qəbələ" - 2:1
Qollar: Semedo, 40, Elnur Abdullayev, 63 - Lyubo Baranin, 67
Hakimlər: Ramil Diniyev, İlham Əliyev, Vaqif Musayev, Əliyar Ağayev
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Füzuli Nəcəfov
Lənkəran şəhər mərkəzi stadionu.
"Neftçi" - "Bakı" - 1:0
Qol: Denis Silva, 87
Hakimlər: Elçin Məmmədov, Mehman Mahmudov, Rahil Ramazanov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor:Nüvər Xasıyev
Tofiq Bəhramov adına Respublika stadionu.
"Turan" - "Rəvan" - 0:1
Qol: Reis Klaudinei, 60 (0:1)
Hakimlər: Rövşən Əhmədov, Habil Əliyev, Rza Məmmədov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Rüfət Hüseynov
Tovuz şəhər stadionu.
Turnir cədvəli
Komanda
O
Q
H
M
Qollar
Xallar
1
Xəzər Lənkəran
7
6
1
0
13-4
19
2
Neftçi
6
4
0
2
9-4
12
3
Bakı
7
3
2
2
8-6
11
4
Qəbələ
7
3
2
2
7-7
11
5
İnter
7
3
2
2
5-5
11
6
Qarabağ
6
3
1
2
6-4
10
7
Kəpəz
7
3
1
3
13-12
10
8
AZAL
7
2
2
3
10-12
8
9
Simurq
7
2
2
3
6-8
8
10
Rəvan
7
1
3
3
7-9
6
11
Turan
7
2
0
5
6-10
6
12
Sumqayıt Şəhər
7
0
2
5
2-11
2
Flik çempionluğa inanır
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"
"Neftçi" - "Araz-Naxçıvan": Heyətlər
Milliyə kimlər çağırıldı?
"Təkliflər futbolçulara təsir etdi" - Qurban Qurbanov
2 avtoqol, 1 qırmızı vərəqə, məhsuldar heç-heçə
"Arsenal"dan ardıcıl 3-cü məğlubiyyət
Zerbi: "Tottenhem" aşağı liqaya düşsə..."