Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev həmyerlimiz Aleksandr Səmədovun Azərbaycan millisini yox, Rusiya yığmasını seçməsi və bu komandaya dəvət almasına münasibət bildirib.
Təcrübəli çalışdırıcı Qol.Az-ın müxbiri ilə söhbətində məsələyə əvvəlcə bir mütəxəssis kimi yanaşmaq istədiyini söyləyib. O qeyd edib ki, Rusiya millisi reytinqinə görə nüfuzlu komandadır, bu kollektivin Avropa və dünya çempionatlarının final mərhələsinə yollanmaq şansı böyükdür: “Bu baxımdan Səmədovun karyera üçün əlinə çox gözəl fürsət düşmüşdü ki, o da bundan istifadə etdi. Bu, həm də onun böyük klubların dəftərinə düşməsi üçün böyük şansdır. Bu sarıdan futbolçunu başa düşmək mümkündür. Futbolçu güclü klublarda, millilərdə oynayarsa, bu, onun karyerasında irəliyə atılan addımdır. Burada söhbət puldan getmir. Ancaq futbolçunun karyerasını nəzərdə tuturam. Ağıllı oyunçu da karyeranı heç vaxt pula dəyişməz. Onsuz da belə bir milliyə düşməyin özü pul, şan-şöhrətdir. Mənə elə gəlir ki, Səmədov ən yaxşı variantı seçdi”.
Diniyev Səmədovun Rusiya yığmasını seçməsinə vətəndaş mövqeyindən də yanaşıb. Nəticə etibarilə futbolçunun Rusiya millisini üstün tutmasına haqq qazandıran baş məşqçi bunu bir az da öz səhlənkarlığımızla əlaqələndirib: “Məsələyə vətəndaş kimi yanaşsaq, əlbəttə, burada fikirləşmək olar ki, futbolçu doğma komandasını seçməli idi. Çünki burada patriotizm söhbəti var, belə olmalıdır, vəssalam. Məsələn, Məsut Özil Almaniya millisini seçdi. Türklər buna görə futbolçunu düşmən elan etdilər. Ancaq belə olmamalıdır. Burada düşmən obrazı yaratmaq lazım deyil. Sadəcə olaraq, vaxtında bu məsələlərlə məşğul olmaq lazım idi. Çünki artıq Səmədov Rusiya millisi üçün yetişmişdi. Bu baxımdan günahı özümüzdə axtarmalıyıq. Futbolçunun seçdiyi yola mən pis baxmıram. Mənə elə gəlir, düzgün addım atıb. Çünki belə bir vaxtda onun Azərbaycan millisini seçməyi özü üçün də ağır zərbə olardı. Yəni demək istəyirəm ki, insanın bir futbolçu kimi qısa ömür həyatı var. O da bacardığı qədər yuxarılara getmək istəyir”.
Rusiyada çıxış edən digər təmsilçimiz Emin Mahmudovun məsələsinə də münasibət bildirən Diniyev belə işlərdə gecikdiyimizi vurğulayıb: “Emin Mahmudovla da bağlı eyni sözləri demək olar. Biz bu işdə hamını günahkar çıxarırıq, özümüzdən başqa. Biz bu məsələlərdə gecikirik. Bilirsiniz, seleksiya işləri necədir? Futbolçu uşaq vaxtlarında bir balaca özünü yaxşı tərəfdən göstərən kimi, onu nəzarətdə saxlayırlar. Biz isə yatırıq, yatırıq, futbolçu çıxış etdiyi ölkənin millisinə dəvət alana yaxın ona təklif göndəririk. Futbolçu üçün isə hər şeydən öncə karyeradır. Çünki yaddaşlarda məhz bu qalır. Futbolu qurtarandan sonra həmin oyunçu heç kimə lazım deyil. Bu, həm Azərbaycanda, həm də bütün ölkədə belədir. Futbolçu görür ki, onunla maraqlanan yoxdur, məcbur qalıb, başqa variantları götür-qoy edir”.
Flik çempionluğa inanır
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"
"Neftçi" - "Araz-Naxçıvan": Heyətlər
Milliyə kimlər çağırıldı?
"Təkliflər futbolçulara təsir etdi" - Qurban Qurbanov
2 avtoqol, 1 qırmızı vərəqə, məhsuldar heç-heçə
"Arsenal"dan ardıcıl 3-cü məğlubiyyət
Zerbi: "Tottenhem" aşağı liqaya düşsə..."