"Xəzər Lənkəran"dan altıncı qələbə, "Neftçi" liderə yaxınlaşdı

"Xəzər Lənkəran"dan altıncı qələbə, "Neftçi" liderə yaxınlaşdı
ÖLKƏ FUTBOLU 23 Sentyabr 2011 / 20:25 8480
-  A +

Bu gün Azərbaycan Premyer Liqasında VII turun oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma baş tutub.

Son günlər maliyyə cəhətdən müəyyən problem yaşayan Tovuzun “Turan” klubu öz meydanında Premyer Liqanın debütantı “Rəvan”ı qəbul edib. Son turda “Bakı”ya 0:2 hesabı ilə məğlub olan “Turan”ın “Rəvan” qarşısında da nəsə edəcəyi inandırıcı görünmürdü. Bu isə əsasən komandada son günlər yaşanan problemlərlə əlaqədar idi.

İlk hissədə qapılara qol vurulmasa da, fasilədən sonra qonaqlar hesabı açmağa müvəffəq olub. Qalan dəqiqələrdə hesabı bərabərləşdirə bilməyən Tovuz təmsilçisi öz meydanında 0:1 hesablı məğlubiyyətlə barışıb. Beləliklə də "Rəvan"ın yeni baş məşqçisi Vladislav Qədirovun debütü uğurlu alınıb.    

Son turu qələbə ilə başa vurmuş iki komanda – “Neftçi” və “Bakı” klubları bu dəfə mərkəzi arenada üz-üzə gəliblər. “Neftçi” bu görüşdə də qələbə qazanmaqla turnir cədvəlində irəliləmək lazım idi ki, “ağ-qaralar” da bunun öhdəsindən layiqincə gəliblər.

Artıq özünə gəlməyə başlayan “Bakı” klubunu “Neftçi” qarşısında necə təsir bağışlayacağı böyük maraq doğurudur. “Zolaqlılar” bu oyunda ən azı 1 xal qazanmaqla turnir cədvəlindəki mövqelərini qismən də olsa qorumaq niyyətində idilər. Aleksandr Starkovun komandası qələbə qazanacağı təqdirdə “Neftçi”ni 5 xal geridə qoymuş olacaqdı. Ancaq “Bakı” bunu bacarmayıb.

Turun mərkəzi qarşılaşması isə Lənkəranda baş tutub. Burada yerli “Xəzər Lənkəran” klubu Premyer Liqanın iddialı komandalarından sayılan “Qəbələ” ilə qarşılaşıb. Mirça Rednikin komandası uğurlu seriyanı bu görüşdə də davam etdirməklə liderliyini möhkəmlədib.

Ötən tur səfərdə”Neftçi”yə 0:2 hesabı ilə məğlub olan “Qəbələ”də cəzalı Mahir Şükürovun da yenidən düşərgəyə qayıtması komandada üzləri güldürürdü. Toni Adamsın komandası “Xəzər Lənkəran”la oyundan sərfəli nəticə ilə ayrılmaqla yenidən iddiasını davam etdirməyə çalışacaqdı. Amma gərgin mübarizənin sonunda sevinən məhz meydan sahibləri olub.

Qeyd edək ki, turun növbəti 3 görüşü isə bu gün keçiriləcək.

23 sentyabr (cümə)

"Xəzər Lənkəran" - "Qəbələ"  - 2:1
Qollar:
Semedo, 40, Elnur Abdullayev, 63 - Lyubo Baranin, 67
Hakimlər: Ramil Diniyev, İlham Əliyev, Vaqif Musayev, Əliyar Ağayev
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Füzuli Nəcəfov
Lənkəran şəhər mərkəzi stadionu.

"Neftçi" - "Bakı" - 1:0
Qol:
Denis Silva, 87
Hakimlər: Elçin Məmmədov, Mehman Mahmudov, Rahil Ramazanov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor:Nüvər Xasıyev
Tofiq Bəhramov adına Respublika stadionu.

"Turan" - "Rəvan" - 0:1
Qol:
Reis Klaudinei, 60 (0:1)
Hakimlər: Rövşən Əhmədov, Habil Əliyev, Rza Məmmədov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Rüfət Hüseynov
Tovuz şəhər stadionu.
 

24 sentyabr (şənbə)

15:00. "Sumqayıt Şəhər" - "Simurq"
Hakimlər: Vüsal Əliyev, Zeynal Zeynalov, İsgəndər Əliyev, Ramil Əhmədov
AFFA nümayəndəsi: Əziz Əliyev
Hakim-inspektor: Akif Məmmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

18:00. AZAL - "Qarabağ"
Hakimlər: Anar Salmanov, Azər Əsgərov, Elşən Acalov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Məhəmməd Məmmədov
"AZAL Arena" stadionu.

19:00. "İnter" - "Kəpəz"
Hakimlər: Rəhim Həsənov, Aleksandr Musatkin, Knyaz Əmiraslanov, Fariz Yusifov
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor: Məlik Həsənov
"Şəfa" stadionu.


Turnir cədvəli


1 Xəzər Lənkəran 7 6 1 0 13-4 19
2 Neftçi 6 4 0 2 9-4 12
3 Bakı 7 3 2 2 8-6 11
4 Qəbələ 7 3 2 2 7-7 11
5 İnter 6 3 1 2 5-5 10
6 Kəpəz 6 3 0 3 13-12 9
7 AZAL 6 2 2 2 9-9 8
8 Qarabağ 5 2 1 2 3-3 7
9 Rəvan 7 1 3 3 7-9 6
10 Turan 7 2 0 5 6-10 6
11 Simurq 6 1 2 3 5-8 5
12 Sumqayıt Şəhər 6 0 2 4 2-10 2


Daha çox


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq