Maliyyə problemi ilə üz-üzə qalan Tovuzun “Turan” klubunda vəziyyət ən son həddə çatıb. Artıq futbolçular sabah baş tutacaq “Rəvan”la oyundan sonra komandanı tərk etmək qərarı veriblər.
Məlumatı Qol.Az-ın müxbiri ilə söhbətində Tovuz klubunun müdafiəçisi Aftandil Hacıyev də təsdiqləyib. Onun sözlərinə görə, bu gün səhər saatlarında komandanın baş məşqçisi Əsgər Abdullayevlə futbolçular arasında yığıncaq olub və qərara alınıb ki, “Rəvan”la oyundan sonra komanda bir daha yığışmasın: “Maaşların verilməsindən söhbət belə getmir. Bir az öncə baş məşqçi ilə futbolçular arasında yığıncaq oldu. Oyuna bir gün qaldığı üçün komandanın qərarı vacib idi. Hazırda komandada maliyyə problemi var. Buna görə də futbolçular qəti şəkildə sabahkı oyuna çıxmaqdan imtina etdiklərini bildirmişdilər. Ancaq Tovuz azarkeşlərinin kütləvi xahişi bizim fikrimizi bir qədər dəyişdi. Onlar xahiş etdilər ki, bu oyuna da çıxaq, bundan sonra problemlər həll olunana qədər komanda bir daha yığışmasın. Problemlər həll olunmasa, “Rəvan”la görüş sonuncu oyun olacaq. Hələlik son qərar budur. Bundan sonra nə olacağını bilmirik”.
“Turan”a keçəndən bu yana maaş almadığını söyləyən Hacıyev bundan sonra da problemin həll olunacağına inanmır: “Yenə də ümid yoxdur. Əsgər müəllim də bizə ümid vermədi. Biz də qərara gəldik ki, azarkeşlərə görə sabahkı oyuna çıxaq. Çünki onlar da hazırda bazadadılar. Üzərimizdə haqları var. 3 aydır bizi bura gətirən insanlar söz verirlər ki, maaşlarınız vaxtında olacaq. Amma təəssüf ki, bu öz təsdiqini tapmadı. “Turan”a gələndən maaş almamışıq”.
Flik çempionluğa inanır
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"
"Neftçi" - "Araz-Naxçıvan": Heyətlər
Milliyə kimlər çağırıldı?
"Təkliflər futbolçulara təsir etdi" - Qurban Qurbanov
2 avtoqol, 1 qırmızı vərəqə, məhsuldar heç-heçə
"Arsenal"dan ardıcıl 3-cü məğlubiyyət
Zerbi: "Tottenhem" aşağı liqaya düşsə..."