Ötən gün AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib.
Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, "Qəbələ"nin futbolçusu Mahir Şükürovun cəzasının yüngülləşdirilməsi və "İnter"in İntizam Komitəsinin 23 avqust 2011-ci il tarixli qərarının ləğv edilməsi ilə bağlı müraciətlərinin müzakirə olunduğu iclasda aşağıdakı qərarlar qəbul edilib:
1. "Qəbələ"nin futbolçusu Mahir Şükürov barədə AFFA İntizam Komitəsinin qəbul etdiyi qərar qüvvədə saxlanılsın. Mahir Şükürov intizam tədbiri olaraq 3 oyunluq kənarlaşdırılsın, digər 1 oyunluq cəzadan isə 9 (doqquz) aylıq sınaq müddəti tətbiq edilməklə azad olunsun. 9 aylıq sınaq müddəti ərzində Mahir Şükürov analoji hərəkətlərə yol verərsə, ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.
2. "İnter" klubunun şikayəti təmin olunmasın.
Flik çempionluğa inanır
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"
"Neftçi" - "Araz-Naxçıvan": Heyətlər