Milli komandamız və “Qarabağ”ın hücumçusu Rauf Əliyev yaşıl meydanlara vaxtından tez qayıda bilər.
Bu barədə Qol.Az saytına futbolçu özü məlumat verib. Əliyevin sözlərinə görə, zədəsi elə də ciddi deyil. Gənc forvard təyin olunan vaxtdan tez yaxşı ola biləcəyini istisna etməyib:
“Hazırda vəziyyətim normaldır. Ayağımı yerə basa bilirəm. Dizimdə hər hansı ağrı yoxdur. Ona görə də ola bilsin ki, yaşıl meydanlara təyin olunan vaxtdan tez qayıdım. Deyəsən, zədəm elə də ciddi deyil”.
Əliyev millimizin Avro-2012-nin seçmə mərhələsində Bakıda Avstriya ilə keçirəcəyi oyuna qədər hazır olub-olmayacağına isə belə aydınlıq gətirib:
“Avstriya ilə oyuna qədər hazır olacağımı deyə bilmərəm. Ancaq zədəm elə də ciddi olmadığı üçün məşqlərə tez başlaya biləcəm. Böyük ehtimalla meydana qayıdışım bir qədər tez olacaq”.
Flik çempionluğa inanır
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"
"Neftçi" - "Araz-Naxçıvan": Heyətlər