“Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov “Xəzər Lənkəran”la oyunda rəqib komandanın oyunçusu Elnur Allahverdiyevin Rauf Əliyevi qəsdən zədələməsi ilə bağlı səslənən fikirlərə münasibət bildirib.
Komandalarının baş məşqçisi Qurban Qurbanov və futbolçu Əfran İsmayılovun söylədiyi fikirlərin əksinə olaraq, millimizin kapitanı Qol.Az-ın müxbiri ilə söhbətində Elnurun Raufa qəsdən zərbə endirmədiyini bildirib.
“Hadisədi, oldu keçdi. Elnur da bunu istəməzdi. Sadəcə olaraq, kobud oynadı. Amma Raufu zədələmək istədiyinə inanmıram”.
Sadıqov futbolda bu cür hadislərin yaşanmasının normal olduğunu bildirib: “Futbolda belə hallar olur. Normal şeylərdir. Elnurun yerində biz də ola bilərdik və istəmədən kimisə qarşı kobud oynaya, onu zədələyə bilərdik. Bu, artıq geridə qaldı”.
Təcrübəli futbolçu baş verən hadisədən sonra Allahverdiyevlə bu barədə söhbət etmədiyini deyib: “Buna ehtiyac da yoxdur. Elnurla aramızda hər hansı söhbət olmayıb”.
Flik çempionluğa inanır
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"
"Neftçi" - "Araz-Naxçıvan": Heyətlər