“Turan” klubunun prezidenti Musa Süleymanov komandada hökm sürən maliyyə problemləri haqda danışıb.
Süleymanov Qol.Az-ın müxbiri ilə söhbətində baş verən hadisələr özünəməxsus şəkildə münasibət bildirib.
Klub prezidenti Tovuzun imkanlı şəxsləri ilə yanaşı, mətbuat işçilərindən də kömək istəyib: “Kömək eləmək istəyirsiniz? İstəyirsinizsə, eləyin də, qardaş. Nə qədər pul vermək istəyirsinizsə, verin. Hər mətbu orqan 2 min versə, bəsdir. Ya da yazın ki, kömək eləmək lazımdır. Tovuzlulara deyin ki, komandaya kömək etmək lazımdır”.
“Turan”ın daxilində baş verən hadisələrlə bağlı suallara cavabında Süleymanov iddia edib ki, futbolçuların etiraz olaraq məşqə çıxmamasından, oyuna çıxmağa imtina etməsindən xəbəri yoxdur:
“Kim çıxmaq istəmir oyuna? Bilmirəm, mən eşitməmişəm. “Qəbələ” ilə oyunda mükafat söz vermişdim. Uduzdular, ona görə də almadılar. Mən neyniyim? Nə olmalıdır ki?”.
Sergey Artyuxun mətbuatda gedən “Maaşlar verilməsə, “Rəvan”la oyuna çıxmayacağıq” fikirlərinə isə klub prezidentinin münasibəti belə olub: “Hansı futbolçu oyuna çıxmaq istəmir? Sergey Artyux? O, tovuzludur. Atası Tovuzda doğulub. Söz verib ki, pulsuz oynayacaq. Özlərinə də kartof sahəsi verəcəyəm, gələn il kartof əkəcəklər. Legionerlərdən ən yaxşısı siz dediyinizdir. Hamısı kartof əkib, dolanacaq”.
Flik çempionluğa inanır
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"
"Neftçi" - "Araz-Naxçıvan": Heyətlər