AZAL-ın sabiq baş məşqçisi Nazim Süleymanovun Qol.Az saytına müsahibəsi
- Nazim müəllim, çoxdandır ölkə xaricində idiniz. İstirahətiniz necə keçdi?
- Allaha şükür, hər şey yaxşı oldu.
- Futbolun yorğunluğunu üzərinizdən ata bildiniz?
- Mən yorulmamışdım ki. Sadəcə istirahətə getdik.
- Özünüzü necə hiss edirsiniz? İşləmək həvəsiniz, fikriniz var?
- Əlbəttə. İş olsa, niyə işləmirəm.
- Hazırda hər hansı klubdan təklif var?
- Hələ ki, yoxdur.
- Yalnız yerli klublardan yox, ölkə xaricindən gələn təklifləri də nəzərdə tuturam.
- Ölkə xariindən? (Bir az tərəddüd edir). Xeyr, hələ yoxdur.
- Premyer Liqanın oyunlarını izləyirsiniz?
- İstirahətdə olarkən çempionat oyunlarını internet vasitəsilə izləyirdim.
- Geridə qalan 6 turu necə təhlil edərdiniz?
- Bütün oyunların hamısını görməmişəm. Ona görə də komandalar haqqında ətraflı danışa bilmərəm. Ancaq artıq iddialı komandalar bilinir. Hələ 6 tur geridə qalıb. Ona görə də indidən çempionun kim olacağını demək düzgün çıxmaz. Çünki mübarizə qabaqdadır. Mən belə düşünürəm ki, ötən ildə olduğu kimi, bu dəfə də iddialı komandalar – “Qarabağ”, AZAL və digərləri ilk “altılıq”da oynayacaqlar. Bu dəqiqə nəsə demək bir az çətindir.
- Yəqin ki, AZAL-ın da oyunlarına baxırsınız?
Əlbəttə. Təkcə AZAL-ın yox, bütün oyunları izləyirəm.
- Sabiq komandanızın çıxışları barədə nə deyə bilərsiniz?
- Bu komanda haqqında nə deyə bilərəm? Düzdür, turnir cədvəlinə baxanda, bir qədər aşağı pillədə gedir. Amma yenə təkrarlayıram, hələ altı tur geridə qalıb. Bütün oyunlar qabaqdadır.
- Necə düşünürsünüz, AZAL-ın yeni baş məşqçisi Elxan Abdullayevin işini qənaətbəxş hesab etmək olar?
- Niyə hesab eləmək olmur ki. Mübarizə hələ qabaqdadır. İndidən nəsə demək düzgün deyil.
- Maraqlıdır, AZAL-dan növbəti dəfə təklif gəlsə, Nazim Süleymanov bunu dəyərləndirəcək?
- Bilirsiniz ki, AZAL Avroliqada qələbə qazana bilmədi deyə, mən istefa verdim. Milli çempionatdakı uğurları avrokuboklarda da davam etdirmək lazımdır. Biz Premyer Liqada AZAL-ı, beynəlxalq arenada isə bütün Azərbaycan futbolunu təmsil edirdik. Ona görə də daha yaxşı çıxış etmək lazım idi. Bunu bacarmadıq deyə, mən istefa verdim. Səbəbini bilirsiniz.
- Millimizin son iki oyununu necə, izləmisiniz?
- Bəli. Belçika ilə oyun bir qədər sönük oldu. Ancaq uşaqlar sonadək mübarizə apardılar və nəticə əldə etdilər. Mahir Şükürovun hər iki oyunda ötürmələri və Rauf Əliyevin qolları çox gözəl oldu. Biz bu qələbəni çoxdan gözləyirdik. Bu da qazaxlarla oyundan sonra gəldi. Düzdür, komanda birinci hissədə elə də yaxşı təsir bağışlamadı. Ancaq ikinci hissədə daha inamlı oynadılar.
- Bəs, qarşıdakı Avstriya və Türkiyə seçmələri ilə oyunlar barədə nə düşünürsünüz?
- Milli komandamızdan ancaq qələbə gözləyirik. Avstriya ilə evdə oynayırıq, Türkiyə ilə səfərdə. Türklərlə görüş çox çətin olacaq. Həm azarkeş amili, həm ilk oyundakı məğlubiyyətin əvəzini çıxmaq istəyi türklər üçün əlavə üstünlük olacaq. Ancaq Avstriya ilə ev oyununda qələbə qazanmaq olar.
- Yığmamız tarixi ərzində ilk dəfə seçmə mərhələdə ilk dəfə 7 xal toplaya bildi. Bunu uğur saymaq olar?
- Əgər nəsə iş görürsənsə, uğur özü gəlməlidir. Bir binanı tikmək üçün birbaşa üstünü örtmürsünüz ki. Əvvəlcə onun təməlini qoyursan, yavaş-yavaş tikirsən. Sonra görürsən ki, bu evdir. Ona görə də iş gedirsə, bunu uğur saymaq olar.
ELNUR SALAHOV
"Sabah"ın qələbəsindən - Video
"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas
10 dəqiqəyə 3 qol vuraraq qalib oldular
"Fənərbaxça"dan Con Durana xəbərdarlıq gəldi
"Sabah" "Qarabağ"a qalib gəldi
Türkiyəli futbolçu "Mançester Yunayted"ə keçə bilər
“Qarabağ”da ciddi itki
Stankoviç məşqçilik karyerasına geri döndü
"Barselona"nın baş məşqçisi ilə bağlı qərarı bəlli oldu
Azarkeşlərin tənqidi ucbatından klub prezidenti istefa verdi
Kenan Yıldız "Yuventus"da ayın futbolçusu seçildi
"Real"ın futbolçusu "Borussiya"nın hədəfində
"Sabah" - "Qarabağ": Heyətlər
Finalissimanın vaxtı və yeri dəqiqləşdi
“Milan”ın hücumçusu əməliyyat olunacaq
1-ci liqada 2 oyun keçirildi
Şahruddin Almaniyada əməliyyat olundu
"Liverpul"un futbolçusu "Tottenhem"lə oyunu buraxacaq
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Mançester Yunayted"də qalır
İdman jurnalistləri arasında intellektual yarış keçirilib
Tiaqo Silva klubundan ayrıldı
"Milan" "Vest Hem"in hücumçusunu transfer edir
İngiltərə kubokunda yarımfinal cütləri məlum oldu
"Maynts" – "Samsunspor" oyununu yayımlayacaq kanallar
Mariya Stadnik "Yanıq Kərəmi"nə oynadı - Video
Misli.az-da ardıcıl 2 böyük uduş!
Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
Ançelottinin oğlu istefa verdi
Konfrans Liqasında son tur: 18 oyun eyni saatda
"Mançester Siti" yarımfinalda
PSJ Qitələrarası Kuboku qazandı
Messi Hindistandan milyon dollarlıq hədiyyə ilə qayıtdı
"Real"ın futbolçusu son anda heyətdən çıxarıldı
"İnter Mayami" Suaresin müqaviləsini uzatdı
"Borussiya"sının hücumçusu İspaniya klubunun hədəfində
“Sumqayıt” qış hazırlıq planını açıqladı
"Barselona"nın "Ayntraxt"dan təzminat tələbi var
Meydanda ən çox vaxt keçirən futbolçular kimlərdir?
Ronald Arauxo yaşıl meydanlara geri dönür
Gənc futbolçu vəfat etdi
DÇ-2026 qalibi nə qədər mükafat alacaq? - Rekord məbləğ
Türkiyə klubu baş məşqçisi ilə yollarını ayırdı
Rövşən Nəcəf FİFA-nın Plenar Sessiyasına qatıldı