“Mənim üçün öz dostlarıma qarşı çıxış etmək gözəl olacaq. “Qarabağ”ın 6-7 oyunçusu milli komandanın heyətində oynayır. Üç ildir ki, sizin ölkənizdə oynayıram. Bu mənada, öz ölkəmdə öz dostlarıma qarşı oynamaq mənim üçün xoş olacaq”.
Qol.Az-ın müxbirilə söhbətində bu sözləri “Qarabağ”ın və Albaniya millisinin müdafiəçisi Admir Teli noyabrın 11-də milli komandamızın Albaniya ilə keçirəcəyi yoldaşlıq görüşü haqda danışarkən bildirib.
Teli milli komandamız haqda deyib ki, Azərbaycan millisi günü-gündən inkişaf edir: “Zaman ötdükcə oyunçular daha təcrübəli və daha güclü çıxış etməyə başlayırlar. Yeni nəsil öz sözünü deyəcək. Əfran, Maksim və bir çox gənc oyunçu bir müddətdən sonra yaxşı oyunlarıyla komandanıza qələbələr gətirəcəklər. Milli güclü oyunçulardan təşkil olunub. Yaxşı oyunçularınız var. Amma komandanız haqda eyni sözləri deyə bilməyəcəm. Hesab edirəm ki, bunun da səbəbi Azərbaycan millisinin vahid oyun stilinin olmamasıdır. Fikrimcə, 2-3 ildən sonra milli komandanız dəyişəcək və tam başqa oyun göstərəcək”.
Teli millimizin hücumçusu Vaqif Cavadova qarşı oynamağın onun üçün çətin olacağını söyləyib: “Vaqif son günlər gözəl çıxışları ilə yadda qalır. Çox sürətli, texnikalı bir oyunçudur. Millinin Belçika və Qazaxıstana qarşı son iki oyununda isə gözəl oynadı”.
Albaniyalı müdafiəçi matçın heç-heçə bitməsini arzulayır: “Mən özümü iki ölkənin ortasındakı kimi hiss edirəm. Hər iki ölkə mənim üçün əzizdir. Təbii ki, seçmə mərhələ oyunları olsaydı, Albaniya millisinin qələbə qazanmasını istəyərdim. Amma yoldaşlıq görüşü olduğundan matçın bərabərə bitməsi yaxşı olardı”.
Flik çempionluğa inanır
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"
"Neftçi" - "Araz-Naxçıvan": Heyətlər