Azərbaycan millisi FİFA reytinqində 14 pillə irəlilədi

ÖLKƏ FUTBOLU 21 Sentyabr 2011 / 12:56 3034
-  A +

FİFA sentyabr ayı üçün yığma komandaların yeni reytinq siyahısını açıqlayıb. Qol.Az-ın məlumatına görə, milli komandamız ötən ayla müqayisədə 14 pillə irəliləyib.

AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Belçika ilə 1:1-lik bərabərə qalan və ardınca Qazaxıstan üzərində 3:2 hesabı ilə qələbə qazanan Berti Foqtsun komandası 359 xalla 98-ci pillədə qərarlaşıb.
 
Seçmə mərhələdəki rəqiblərimizə gəldikdə isə yenə də ən yaxşı göstərici Almaniya millisinə məxsusdur. Bundestim 1290 xalla 3-cü pillədəki mövqeyini qoruyub.

Türkiyə millisi isə 3 pillə geriləyərək 27-ci, Belçika isə 3 pillə irəliləyərək 34-cü yerdə qərarlaşıb. Avstriya yığması (-9) 77-ci, Qazaxıstan (-5) isə 131-ci pilləyə enib.

Ümumi siyahıda isə İspaniya yığması yenidən liderliyini geri qaytarıb. Ötən ay birinci pilləni Hollandiyaya təhvil verən ispanlar 1605 xalla yenidən zirvəni ələ keçirib. Hollandiya millis 2-ci, Uruqvay 4-cü, Portuqaliya isə 5-ci pillədə qərarlaşıb. 

Daha çox


Son xəbərlər