Bu gün Rusiya kuboku uğrunda yarışlarda 1/8 final oyunları keçirilib.
Qol.Az-ın məlumatına görə, millimizin futbolçusu Vaqif Cavadovun çıxış etdiyi «Volqa» səfərdə Moskva «Spartak»ının qonağı olub.
Millimizin sabiq çalışdırıcısı Vaqif Sadıqovun məşqçisi olduğu «Anji» isə rəqib meydanında Moskvanın «Dinamo» klubu ilə qarşılaşıb. Matçın əsas vaxtı 0:0 bitdiyindən əlavə 30 dəqiqəyə ehtiyac duyulub.
Əlavə vaxtda isə Vaqif Sadıqovun komandası rəqibinə 0:1 hesabı ilə məğlub olub. Bununla da, "Anji" klubu Rusiya kuboku ilə vidalaşıb.
«Spartak» - «Volqa» matçı isə 21:45-də başlanıb. Matçın 6-cı dəqiqəsində Makkidinin vurduğu qol meydan sahiblərini hesabda irəli çıxarıb. Lakin Nijni Novqorod təmsilçisi sonadək döyüşüb və 85-ci dəqiqədə oyunda tarazlığı bərpa edib.
Əlavə vaxtda isə qapılara qol vurulmayıb. Oyundan sonra təyin olunan penalti zərbələrini daha dəqiq yerinə yetirən "Volqa" klubu adını 1/4 finala yazdırıb.
Qeyd edək ki, Rusiya kubokunun görüşləri bir oyundan ibarət olur.
21 sentyabr
"Spartak" (Moskva) - "Volqa" (Nijni Novqorod) - 1:1 (Penaltilər seriyası - 5:6)
Qollar: Makkidi, 6 (1:0), Bibilov, 85 (1:1)
Qeyd edək ki, ikinci hissənin əvvəlində meydana daxil olan Vaqif penalti zərbəsini də dəqiq yerinə yetirib.
"Dinamo" (Moskva) - "Anji" (Mahaçqala) - 1:0
Qol: Kokorin, 102 (1:0)
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı