Rövnəq Abdullayev: "Foqtsun taleyi bu iki oyundan asılıdır"

Rövnəq Abdullayev: "Foqtsun taleyi bu iki oyundan asılıdır"
ÖLKƏ FUTBOLU 20 Sentyabr 2011 / 18:30 2870
-  A +

"Belçika və Qazaxıstanla oyunlarda qazanılan uğurlu nəticələrə görə futbolçulara mükafat veriləcək, ancaq o qədər yox. Futbolçular mükafatdan daha çox özlərini bərpa etmək haqda düşünməlidirlər".

Qol.Az-ın məlumatına görə, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev jurnalistlərlə görüşündə deyib.

Jurnalistlərin daha çox mükafatla bağlı suallar verməsinə irad tutan Abdullayev daha sonra Berti Foqtsun gələcək taleyinə münasibət bildirib:

"Berti Foqtsun hələ qarşıda iki sınağı var. Foqtsun taleyi məhz Avstriya və Türkiyə ilə oyunlardan asılıdır. Yalnız bundan sonra Foqtsun komandadakı taleyinə aydınlıq gələcək.

Əgər uğurlu nəticələr olarsa, Foqts vəzifəsində qalacaq. Bununla da, DÇ-2014-ün seçmə mərhələsi ilə bağlı strategiyamızı müəyyənləşdirəcəyik.

Azərbaycan millisinin 2016-cı ildə Fransada keçiriləcək Avropa çempionatında iştirak etmək şansı var. Çünki AÇ-2016-nın final mərhələsində 16 yox, 24 komanda iştirak edəcək".

Daha çox


Son xəbərlər
topaz banner