Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirlib. Qol.Az-ın məlumatına görə, aparılan müzakirələrdən sonra Premyer Liqanın son turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib.
Premyer Liqanın VI turunun “Simurq”– “Kəpəz” matçının 45-ci dəqiqəsində “Kəpəz” klubunun 32 nömrəli futbolçusu Razvan Tarlea kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunub.
Oyunun 65-ci və 73-cü dəqiqəsində “Simurq” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2 min manat cərimələnib.
Matçın 65-ci dəqiqəsində “Simurq” klubunun 2 nömrəli futbolçusu İlkin Qırtımov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, kluba 2 min manat cərimə tətbiq edilib.
Oyunun 74-cü dəqiqəsində “Kəpəz” klubunun 10 nömrəli futbolçusu Ceyhun Sultanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunub.
Premyer Liqanın VI turunun “Qarabağ” – “Xəzər Lənkəran” matçının 63-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun 2 nömrəli futbolçusu Elnur Allahverdiyev kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, kluba 200 manat cərimə kəsilib.
Premyer Liqanın VI turunun “Turan” – “Bakı” matçında “Turan” və “Bakı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub min manat cərimə olunub.
Oyunun 45-ci dəqiqəsində “Turan” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2 min manat cərimələnib.
“Turan” klubu matçın 15-ci dəqiqəsində “Turan” klubunun 22 nömrəli futbolçusu Məhərrəm Müslümzadənin əllə oyuna görə, matçın 45-ci dəqiqəsində isə klubun 7 nömrəli futbolçusu Ramal Hüseynovun hakimə etiraz etdiyinə görə sarı vərəqə ilə cəzalandırıldığı və göstərilən vərəqələrin əsasız olması haqqında İntizam Komitəsinə məktub ünvanlamışdır. Matçın video yazısını izlədikdən sonra İntizam Komitəsi nəzərdə tutulan hadisələr haqqında aşağıdakı qərarları qəbul edib:
1. Matçın 15-ci dəqiqəsində “Turan” klubunun 22 nömrəli futbolçusu Məhərrəm Müslümzadəyə əllə oyuna görə göstərilmiş sarı vərəqə ləğv edilsin.
2. Matçın 45-ci dəqiqəsində klubun 7 nömrəli futbolçusu Ramal Hüseynova hakimə etiraz etdiyinə görə göstərilmiş sarı vərəqə qüvvədə qalsın.
Premyer Liqanın VI turunun “Neftçi” – “Qəbələ” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün kluba min manat cərimə tətbiq edilib.
PSV-dən yeni rekord
PSJ-dən rekord göstərici
Yamal, Haaland, Keyn...
Start heyət üzü görməyən Mayno klubdan ayrılmağa hazırlaşır
"Qarabağ"ın rəqibi "Hamburq"la heç-heçəyə razılaşdı
Tiaqo Silvanın yeni klubu bəlli oldu
"Mançester Siti" liderliyə yüksəldi
"Fənərbaxça" səfərdə inamlı qələbə qazandı
“Zirə” - “İmişli” matçından - Video
Ronaldodan 122 oyun az oynadı, onun uğurunu təkrarladı
Flik "Barselona" ilə müqaviləni uzadacaq?
"Hədəfimiz bir xal idi, buna da nail olduq" - Jorj Kaşkilya
"Çelsi" və "Nyukasl" xalları bölüşdü
"Neftçi"dən qələbə, "Zirə" "İmişli" ilə heç-heçə etdi
"Barselona"nın baş məşqçisindən sərt reaksiya
"Neftçi" Yevlaxdan 3 xalla qayıtdı - Video
Premyer Liqada ayın qolunun qalibi mükafatlandırıldı
Bundesliqa futbolçusu İngiltərə klublarının hədəfində
"Daha çox qol vurmalı idik" - Yuri Vernidub
Xabi Alonso: "Nəticələr mövsümün sonunda məlum olacaq"
FİFA "Əl-Nəsr"ə transfer qadağası qoydu
"Zirə" - "İmişli": Heyətlər
"Yuventus"dan "Arsenal"a rədd cavabı
"Borussiya" Adeyemini cərimələdi
Luis Enrike: "Parisdəki hər kəs mənə təşəkkür edir"
“Qarabağ”a ikinci rəsmi transfer təklifi
"Karvan-Yevlax" - "Neftçi": Heyətlər
“Mançester Yunayted” Kenan Yıldız üçün sərvət təklif edir