“Neftçi” klubunun yarımmüdafiəçisi Rəşad Abdullayevin Qol.Az saytına müsahibəsi
- Premyer Liqanın son turunda “Qəbələ” üzərində 2:0 hesabı ilə qələbə qazandınız. İlkin olaraq bu görüş haqda fikirlərini bilmək istərdik...
- Yaxşı başa düşürdük ki, “Qəbələ” ilə oyunda bizim qalib gəlməyimiz çox vacib idi. Çünki səfərdə “Xəzər Lənkəran”a məğlubiyyətdən sonra komandaya mütləq qələbə lazım idi ki, “Neftçi”ni psixoloji gərginlikdən çıxaraq. Komanda şəklində bu oyuna yaxşı motivasiya olduq. Çox sevinirik ki, doğma meydanda istədiyimiz nəticəni əldə edə bildik.
- İki tur ardıcıl olaraq AZAL və əzəli rəqibiniz “Xəzər Lənkəran”a məğlub olmağınız bu mövsüm çempion olmaq ümidlərinizi azaltmaqla yanaşı, komanda daxilində xaosa səbəb olmamışdı ki?
- “Xəzər Lənkəran”la oyun derbi olmaqla bərabər, bizim üçün çox vacib görüş idi. Ancaq deməzdim ki, bu məğlubiyyətdən sonra uşaqlarda ruh düşgünlüyü yarandı. Əksinə onlar daha da, aqressivləşərək növbəti oyunda özlərini sübut etməyə can atırdılar. Özünüzdə yaxşı bilirsiniz ki, “Qəbələ” güclü komanda olmaqla yanaşı, bu mövsüm iddialı komandalar sırasındadır. Çox sevinirəm ki, komanda əsl xarakter nümayiş etdirərək qələbə qazandı.
- Legioner həyatı uğurlu olmayan və uzun müddət futbolsuz qalan Araz Abdullayevin oyunu sənə necə təsir bağışladı?
- Araz “Neftçi” klubunun yetirməsi olduğu üçün onun bir futbolçu kimi hansı kefiyyətlərə malik olduğuna yaxşı bələdik. Hal-hazırda komanda oyunçu çatışmazlığı ilə bağlı problem olduğundan rəhbərlik onu heyətə qaytarmaq haqda qərar qəbul etdi. Araz gənc və istedadlı oyunçudur. “Qəbələ”ilə matçda yaxşı oynayıb, qol da vuraraq özünü doğrultmağı bacardı.
- Cərimə zərbəsindən vurduğun qol baxımlı olmaqla yanaşı, komandan üçün çox vacib idi. Həmin qoldan sonra hansı hissləri keçirdin?
- Keçən mövsüm də “Qəbələ”yə qol vurmağa müyəssər olmuşdum. Düzdü, həmin qolu cərimə zərbəsindən deyil, oyundan vurmuşdum. Görüşə çıxmazdan əvvəl nədənsə bu oyunda da qol vuracağımı hiss edirdim.Yəqin, fərqlənmək istəyi çox böyük olduğundan buna nail oldum. Düşünürəm ki, zərbə qüvvətli olduğundan gözlənilməz və baxımlı alındı.
- Çox vaxt futbolçular komandanı çətin vəziyyətdən qurtaran, lazımlı qola imza atanda bu sevinci baş məşqçi ilə bölüşürlər. Sən nə əcəb ehtiyyatda skamyada əyləşən futbolçulara yaxınlaşdın. Bəlkə Böyükağa müəllimlə aranızda müəyyən problem var?
- Oyundan öncə ehtiyatda oturan oyunçularla sözləşdik ki, qol vursam bu sevinci onlarla bölüşəcəm. Uşaqlarda bu görüşdə qol vuracağıma inanırdılar. Məşqçi məsələsinə gəldikdə isə bizim işimiz futbol oynamaqdır. Məşqçi kim olursa-olsun. Şəxsən mən çalışıram ki, heç bir yerli məşqçi ilə münasibətim korlanmasın. Əgər mən meydanda işimin öhdəsindən gəlirəmsə, niyə də problemlər olmalıdır. Hələlik, şükür Allaha hər şey qaydasındadır.
- Deyilənə görə, Böyükağa müəllimlə futbolçular arasında insident baş vermişdi. Oyunçular rəhbərliyə şikayət edərək, baş məşqçinin məşqlərinin ağır olduğunu bildirmiş və məğlubiyyətin əsas səbəbini də bununla izah etmişlər. Bu nə dərəcədə düzgündür?
- Hər bir komandanın baş məşqçisi posta gəldikdə özünün məşq proqramı olur. Bunu real qarşılamaq lazımdır. Bir də ki, “Neftçi” uzun müddət təlim məşq prosesi keçib.Yaxşı bilirsiniz ki, Çempionlar Liqasında iki ağır oyun keçirmişdik. Komandada fiziki yorğunluqdan başqa ağır psixoloji gərginlikdə yaşanmışdı. Mən deyərdim ki, hal-hazırda komandanın fiziki problemindən daha çox psixoloji gərginliyini aradan qaldırmaq lazımdır. Bizim Azərbaycan çempionatına hazır olan futbolçularımız var. Ümumiyyətlə, Böyükağa müəllim ağır məşqlər keçsə belə, komandanın futbolçularıyla məsləhətləşməyi də unutmur. Uşaqlar öz fikirlərini söyləyəndən sonra baş məşqçimiz götür qoy edərək razılığa gəlir. Böyükağa müəllim də çalışır ki, komandamızın uğuru naminə nəsə etsin. Burada hər kəs eyni məqsədi güdür.
- “Xəzər Lənkəran”a məğlubiyyətdən sonra rəhbərlik sizə töhmət verdimi?
- Doğrudur, oyundan sonra bütün heyət bir yerə toplaşaraq müzakirələr etdi. Ancaq AZAL-a uduzduğumuz oyun bizi daha çox yandırdı, nəinki “Xəzər Lənkəran”a. Cənublulara minimal hesabla uduzmağımıza baxmayaraq, oyunda diqtə edən tərəf biz idik. Sadəcə bəzi epizodlarda bəxtimiz gətirmədi. Lakin qarşıdakı çempionluq yolundakı marafon uzun olduğundan uğurlarımız hələ qabaqdadır.
- Sən istedadlı futbolçu olmaqla bərabər,vaxtı ilə Azərbaycan yığmasının da formasını geyinmisən. İndidə kifayət qədər adlı-sanlı və titullu futbolçulardan sayılırsan. Ancaq komanda yoldaşların Ruslan Abışov və Rail Məlikovdan fərqli olaraq ulduz xəstəliyinə tutulmamısan. Müsahibələrə də hər zaman canla –başla razılıq vermisən. Bunu necə izah edərdin?
- Ruslanın bir az problem yaşadığını və oyununda geriləmə hiss olunduğu söyləyə bilərəm. Bu amil istər-istəməz milli komandadakı çıxışına da təsir göstərdi. Biz isə öz növbəmizdə onu bu vəziyyətdən çıxartmaq üçün əlimizdən gələn köməkliyi göstəririk. Buna ulduz xəstəliyi deməzdim. Çünki bu ulduz xəstəliyi deyilən virus hələ heç kimə xeyir gətirməyib. Ruslan da, bizim gələcəyin istedadlı futbolçularından sayılır. Həmçinin Raili də yaxşı futbolçular sırasına daxil edərdim. Düşünmürəm ki, bu iki futbolçu ulduz xəstəliyinə düçar olsun. Ola bilsin ki, psixoloji gərginlik səbəbindən belə addım atmağa məcburdular.
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi