Ceyhun Sultanov: “Etdiyi hörmətsizlikdən sonra onu söydüm”

Ceyhun Sultanov: “Etdiyi hörmətsizlikdən sonra onu söydüm”
ÖLKƏ FUTBOLU 19 Sentyabr 2011 / 15:45 2582
-  A +

“İlkin Qırtımov deyib ki, onu söymüşəm? Ona deyin ki... Mən onu söyməmişəm”.

Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində “Kəpəz”in kapitanı Ceyhun Sultanov Premyer Liqanın son turunda “Simurq”un futbolçusu İlkin Qırtımovla arasında baş verən qalmaqala aydınlıq gətirərkən deyib.

32 yaşlı yarımmüdafiəçinin sözlərinə görə, o, əvvəlcə Qırtımovu başa salmaq istəyib. Ancaq gənc futbolçunun özünə qarşı hörmətsizlik etdiyini görən Sultanov onu təhqir etdiyini etiraf edib:

“Oyunda yaranmış qısa fasilədən istifadə edib, su içirdim. Ancaq bu vaxt gördüm ki, İlkin azarkeşlərimizə tərəf tüpürdü. Yaxınlaşıb soruşdum ki, sən neyniyirsən? Onu başa salmaq istəyirdim. Ancaq yaşının az olmasına baxmayaraq, mənə kəllə atdı. Mən də etdiyi bu hörmətsizlikdən sonra onu hərtərəfli başa saldım və söydüm”.

Daha çox


Son xəbərlər