“Kəpəz” klubu iki gün öncə Premyer Liqanın VI turunun “Simurq”la səfər oyununda baş verən qalmaqala münsaibət bildirib.
Gəncə təmsilçisinin mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov Qol.Az-ın müxbiri ilə söhbətində Zaqataladakı hadisələrə aydınlıq gətirib. Rəhimov insidentin “Simurq”un oyunçusu İlkin Qırtımovun gəncəli azarkeşlərə qarşı qeyri etik-hərəkət etməsindən sonra baş verdiyini bildirib.
“Bizim azarkeşlərimiz oyunu izləyib, komandamıza dəstək olurdu. Fanatların öz doğma komandasını dəstəkləməsi normal haldır. Ancaq bu vaxt “Simurq”un heyətində İlkin Qırtımov azarkeşlərimizə yaxınlaşaraq, onlara söyüş söyməyə başladı. Ardınca isə tərəfdarlarımıza tüpürdü. Bundan sonra Ceyhun Sultanov İlkinə yaxınlaşaraq, onu başa salmağa çalışdı. Ancaq bu vaxt “Simurq”un futbolçusu Ceyhuna kəllə atdı. Digər tərəfdən, “Simurq” azarkeşləri hər qoldan sonra bizə acıq verir, qeyri-etik hərəkətlər edirdilər. Daha sonra biz texniki zonaya keçdik. Ona görə də sonrakı hadisələri görmədim. Daha sonra eşitdim ki, azarkeşlərimizdən biri meydançanın kənarına yaxınlaşaraq, İlkinin hərəkətinə reaksiya vermək istəyib. Nəticədə polislər azarkeşi tutub saxlayıblar. Onu bölməyə aparmaq istəsələr də, “Kəpəz” rəhbərliyinin, futbolçuların köməyi ilə azarkeşimizi polislərin əlindən aldıq. İstəyirdik ki, azarkeşlərimizi qoruyaq. Bir də sonradan eşitdim ki, həmin tərəfdarımızın qolu sınıb və məcburən işə müstəntiq qarışmalı olub”.
M.Rəhimov bununla bağlı şikayət edib-etməyəcəklərinə rəhbərliklə görüşdən sonra aydınlıq gələcəyini bildirib: “Bu barədə hələlik bir söz deyə bilmərəm. Çünki bu cür məsələlər rəhbərliyin yığıncağında müzakirə olunur və yalnız bundan sonra lazımı tədbirlər görülür”.
Sonda isə “Kəpəz” rəsmisi zaqatalalı azarkeşlərə ismarıc da göndərib: “Futbolda bu cür hallar olur. Ancaq gərək “Simurq” rəhbərliyi öz azarkeşlərini maarifləndirsin. Ev sahibi komandanın fanatları qonaqlara hörmət etməlidirlər. Çünki nəzərə almalıdırlar ki, onların da Gəncədə “Kəpəz”lə oyunu olacaq. İndi biz öz azarkeşlərimizə necə deyək ki, həmin görüşdə hər-hansı qalmaal yaşanmasın. Onlara qarşı bu hərəkət olub deyə, qarşılıq verməyə çalışacaqlar. Hər-halda biz yenə də əlimizdən gələni edəcəyik ki, Gəncədə insident yaşanmasın”.
"Roma" onu əsas namizəd kimi görür
Yunanovdan növbəti poker, "Şəfa"dan darmadağın - Video
FİFA prezidenti "Qarabağ"ı təbrik etdi
"Barselona" Fliklə yeni müqavilə imzaladı - Rəsmi
"Şahdağ Qusar" belə çempion oldu - Video
"İnter" "Barselona"nın futbolçusunu hədəflədi
"Şahdağ Qusar" 2-ci liqanın çempionu oldu
"Mançester Yunayted" və "Yuventus" onunla maraqlanır
De Brüyne seçim arasındadır
Avropada mövsümün rəmzi komandası
Fransa millisinin "Dördlər finalı" üçün heyəti
Misli Premyer Liqasında mövsümün son turunun hakimləri
Qurban Qurbanov “Barselona”nın düşərgəsində!
Ronaldo: "Daha 10 il futbol oynayacağam"
Azərbaycan - Macarıstan matçının hakimləri açıqlandı
18 ildir oynadığı "Real"dan ayrılır
Bilbaodakı ingilis finalını hansı kanallar yayımlayacaq?
Azərbaycanda oynayan Ronaldo milliyə çağırıldı
1-ci liqa klubunun baş məşqçisinə sərt cəza
AFFA "Zirə" və "Şamaxı"nı cərimələdi
Amorim: "Avroliqanın finalı mənim üçün vacib deyil"
Kontenin əvəzinə Alleqri
Bakıdan Qlobal Arenaya: Rəsmi FIFA agenti Emil Əsədov futbol agentliyinin rolunu necə dəyişir?
Qvardiolanı ağlatdı - Şəkillər
Azərbaycandan Qazaxıstan millisinə