Vaqif Sadıqov: “Cerard və Lempardla maraqlanmırıq”

Vaqif Sadıqov: “Cerard və Lempardla maraqlanmırıq”
ÖLKƏ FUTBOLU 19 Sentyabr 2011 / 13:05 2095
-  A +

“Futbolçuların hər birinin oyunu xoşuma gəldi. İlk 10 dəqiqədə bir qədər uğursuzluq oldu. Lakin oyunçularım 80 dəqiqəni yaxşı oynadılar. Buna baxmayaraq, qol vur bilmədilər”.

Qol.Az-ın məlumatına görə, bu sözləri Rusiya Premyer Liqasının son turunun “Kuban”la oyunundan sonra “Anji”nin məşqçisi Vaqif Sadıqov deyib. Komandasının məğlubiyyətindən danışan yerli mütəxəssis futbolçularının təzyiq altında olduqlarını bildirsə də, bunun uduzmaq üçün səbəb olmadığını söyləyib:

“Futbolçularımız təzyiq altında ola bilərlər. Ancaq bu bizim üçün bəhanə ola bilməz. Yaxşı futbol oynayıb, istənilən vəziyyətdə qələbə qazanmaq lazımdır”.

Rus jurnalistlərin suallarını cavablandıran Sadıqov son vaxtlar “Anji”nin Stiven Cerard və Frenk Lempardla maraqlandığı ilə bağlı mətbuatda gedən yazılara da aydınlıq gətirib:

“Bunlar xoş şayiələrdir. Ancaq söz-sözhbətdən başqa bir şey deyil. Cerard və Lampardla maraqlanmırıq”.

Daha çox


Son xəbərlər