Ötən gün İspaniya La Liqasında növbəti görüşünə çıxan "Atletiko" (Madrid) klubu
doğma azarkeşlər önündə "Santander"i 4:0 hesabı ilə darmadağın edib. Qol.Az-ın
məlumatına görə, "Atletiko"nun yeni transferi Radamel Falkaonun het-trik etdiyi
oyunda türkiyəli futbolçu Arda Turan da diqqət mərkəzinə düşüb. Oyunboyu yaxşı
təsir bağışlayan "Qalatasaray"ın sabiq futbolçusu iki məhsuldar ötürmə ilə yadda
qalıb. Həmin oyunun videoicmalını təqdim edirik: