"Bakı" klubunun baş məşqçisi Aleksandr Starkov Premyer Liqanın 6-cı turunda qarşılaşacaqları "Turan"la oyun haqda fikirlərini bölüşüb.
Qol.Az-ın məlumatına görə, Starkov klubun rəsmi saytına açıqlamasında komandasının şanslarını dəyərləndirib.
"Rəvan"la oyunda iki fərqli hissə izlədik. İlk hissəsində çox yaxşı oynamışdıq. Bunun məntiqi nəticəsi kimi ilk hissədə 3 qol vurduq. Lakin ikinci hissədə üstünlüyü əldən versək də, qələbə qazanmağı bacardıq.
Bizi hələ qarşıda uzun marafon gözləyir. Növbəti turlarda daha güclü rəqiblərə qarşı oynayacağıq. Bununla belə, bütün rəqiblərə hörmətlə yanaşırıq. Azərbaycan çempionatında zəif komanda yoxdur.
"Turan" da çox güclü komandadır. Onlar əsasən də öz meydanlarında yaxşı təsir bağışlayırlar. Ona görə də bu oyuna ciddi hazırlaşırıq. Futbolçular da bu oyuna yaxşı köklənməlidir. Əks halda, qələbə qazana bilməyəcəyik".
Flik çempionluğa inanır
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"
"Neftçi" - "Araz-Naxçıvan": Heyətlər