“Bakı”nın kapitanı Cəmşid Məhərrəmovun Qol.Az saytına müsahibəsi
- “Bakı” son turda “Rəvan”la qarşılaşdı və 3:2 hesabı ilə qələbə qazandı.
- Debütantla qarşılaşmanın bizim üçün ağır keçəcəyini əvvəlcədən yaxşı bilirdik. Buna görə də matça çox ciddi hazırlaşaraq rəqibin oyununu yaxşı analiz etmişdik. Ona görə də birinci hissədə “Rəvan”ın qapısından üç top keçirməyi bacardıq.
- Birinci yarıda komandanız yaxşı təsir bağışlasa da, ikinci hissədə meydanda sanki təkcə “Rəvan” komandası vardı.
- Düzdü, ilk yarıda biz əla oynayaraq rəqibin qapısından üç top keçirməyi bacardıq. Və bu da arxayınlaşmağımıza gətirib çıxardı ki, sonradan iki top buraxdıq. Digər tərəfdən, debütan böyükhesabla məğlub olmaq istəməyərək irəli atıldı. Ancaq deməzdim ki, “Bakı”nın ikinci yarıda qol vurmaq şansları yox idi. Əksinə, rəqib irəli atılaraq qol vurmağa çalışarkən, bizim də əks hücum zamanı bir neçə qol imkanımız oldu. Çox təəssüf ki, bu şanslardan yararlana bilmədik.
- “Rəvan”la görüş çox maraqlı və bol qollu məcrada keçdi. Rəqib necə təsir bağışladı?
- Əvvəla “Rəvan”ın komanda şəklində çox gözəl oyun nümayiş etdirdiyini deyə bilərəm. Digər tərəfdən, heyətlərində bir neçə səviyyəli futbolçu çıxış edir. Rəqibin bizdən öncəki komandalarla, məsələn, “Xəzər Lənkəran”la oyunlarına baxmışdım. Aydın görünür ki, “Rəvan”güclü klublarla görüşə yüksək motivasiyayla çıxaraq, əla oyun sərgiləyir.
- Komandanda müdafiəçi kimi çıxış etsən də, “Rəvan”la oyunda Starkov səni sağ cinah yarımmüdafiəçi ampulasında sınadı. Bu, sənin oyununa mənfi təsir göstərmir?
- Mən əvvəllər çıxış etdiyim klubda orta mövqedə oynamışam. “Bakı”ya gəldikdən sonra sağ cinah mövqeyində çıxış etməyə başladım. Məncə o qədər də pis alınmırdı. ”Rəvan”la oyunda isə komandanın baş məşqçisi Starkov mənə sağ cinah yarımmüdafiəçi funksiyasını yerinə yetirəcəyimi bildirdi. Mən də peşakar futbolçu kimi buna razılıq verərək işimin öhtəsindən gəlməyə çalışdım. Hansı səviyyədə çıxış etməyimə gəlincə isə, bunu kənardan baxanlar daha yaxşı söyləyə bilər.
- “Bakı”nın heyəti Parks, Verpakovski və sair futbolçularla zəngin olsa da, hələ ki, komandaya öz bəhrələrini verə bilmirlər. Səncə, niyə?
- İlk öncə onu deyə bilərəm ki, komanda yeni futbolçulardan təşkil edilib. Heyətdəki futbolçuların bəziləri Azərbaycan futboluna hələ tam adaptasiya olmayıb. Digər tərəfdən də komanda yenidən qurulduğu üçün, futbolçular arasında anlaşma istənilən səviyyədə deyildi. Ancaq “Rəvan”la oyunda bütün bu amillər yavaş-yavaş aradan qalxdı. Qarşıdan gələn oyunlarda komandamız daha yaxşı təsir bağışlayaraq qələbələri sıralayacağımızı düşünürəm.
- Qarşıdan gələn “Turan”la oyun haqda nə söyləyə bilərsən?
- Bu mövsüm tovuzlular daha güclüdülər. Həm də “Turan” köklü klub olmaqla bərabər heyəti yaxşı, səviyəli yerli futbolçulardan təşkil olunub. Ən əsası da öz meydanlarında istənilən komandanı məğlub etmək iqtidarındadır. Lakin bütün bunlara baxmayaraq, biz də səfərə qələbə qazanmaq üçün gedəcəyik.
ƏLİ HƏYATİ
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var
Dünya çempionatları tarixinə düşdü
4 ildən sonra klubdan getdi
Millinin qapıçılarından fərqli məşq üsulu
"Real"ın əfsanələri "İnter"i məğlub etdi
Bu dəfə mundial hakimi ilk matçını buraxacaq
"Mançester Yunayted" onları hədəfə aldı
Dünya çempionu vəfat etdi
Levandovski MLS klubu üçün ABŞ-a yollandı
Artetanın Yıldız xəyalı
Artıq o da ABŞ-dadır - Video
DÇ-2026-nın ilk ən bolqollu qarşılaşması - Video
"Şəfa"dan Tərlan Quliyev qərarı
Məşhurlar DÇ-2026 oyununda - Şəkillər
Pulişiç Ronaldonu geridə qoydu
“24 ildir gözlədiyimiz oyundur” - Montella
Mbappe: "Kante karyerasını 64 yaşında da bitirə bilər"
ABŞ millisi 96 il sonra ilk dəfə...
Dubl etdi, matçın ən yaxşısı oldu
Ançelotti Mərakeşi təriflədi - “Möhtəşəm oyun olacaq”
Koreya millisinin qapıçısından duyğusal açıqlama
İngiltərə millisi xoşagəlməz hadisə ilə üzləşdi
Kone oyunun ən yaxşısı seçildi - DÇ-2026
Kanada millisi ilkə imza atdı
Kanada məğlubiyyətdən qaçdı - DÇ-2026
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Sabah" braziliyalı oyunçu transfer etdi
Andre Silva "Portu"da
AFFA-da klub nümayəndələri ilə görüş
Tanınmış futbolçu Kanadaya buraxılmadı - DÇ-2026
"Barselona" Peresi məhkəmə ilə hədələdi - Bəyanat
FİFA mundialı 64 komanda ilə keçirmək imkanını araşdırır
Tanınmış futbolçu "Torino"nun baş məşqçisi oldu
Akvilani bu klubu çalışdıracaq - Rəsmi
“Vulverhempton" baş məşqçisini göndərdi
11 klub “Turan Tovuz”la bağlı CAS-a - Müraciət etdi