Tuyqun Nadirov: “Bunu birdən-birə etmək olmaz”

Tuyqun Nadirov: “Bunu birdən-birə etmək olmaz”
ÖLKƏ FUTBOLU 15 Sentyabr 2011 / 14:55 2564
-  A +

“Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov geridə qalan beş turdan sonra komandalarının çıxışını dəyərləndirib.

Nadirov Qol.Az-ın müxbiri ilə söhbətində “Xəzər Lənkəran”ın hazırkı vəziyyətinin klubun yeritdiyi düzgün siyasətin nəticəsi olduğunu bildirib. Vitse-prezident cari mövsümdə komandanın sərgilədiyi oyunun qənaətbəxş olduğunu söyləyib:

“Xəzər Lənkəran”ın hazırda turnir cədvəlinə başçılıq etməsi komandanın düzgün yolda olmasından xəbər verir. Komandanın son beş turdakı çıxışından razıyıq. Bilirsiniz ki, 13 xal indiyə qədər qazanılan ən çox xaldır. Bütün statistika da göstərir ki, “Xəzər Lənkəran” inamlı çıxış edir”.

Mövsümün əvvəlində vacib qərarlar qəbul etdiklərini söyləyən
Nadirov hazırkı uğurlu çıxışı da məhz bununla əlaqələndirib:

“Əlbəttə, mövsümün əvvəlində qəbul etdiyimiz qərarlar bu gün öz müsbət təsirini göstərir. Yeritdiyimiz düzgün transfer siyasətinin nəticəsidir ki, komanda bu gün uğurlu çıxış edir. Bilirsiniz ki, yeni mövsümdən gənclərə yer verəcəyimizi demişdik. Ancaq bunu birdən-birə etmək olmaz. Hər şey tədricən olmalıdır. Əgər baxdınızsa, “Neftçi” ilə son oyunda komandamızın heyətində Eldar İsmayılov adlı gənc futbolçu meydana çıxdı və heç də pis təsir bağışlamadı”.

Klub rəsmisi sonda isə ötən turda “Xəzər Lənkəran” və “Neftçi” arasında baş tutan “Böyük oyun” barədə də danışıb:

“Çox maraqlı və gərgin oyun alındı. Hər iki komanda sonadək oynadı. Həm “Xəzər Lənkəran”, həm də “Neftçi” gözəl oyun sərgilədi. Qol epizodları baxımından da zəngin bir matç idi. Ancaq sonda qələbəni biz bayram etdik”.

Daha çox


Son xəbərlər