“Azərbaycanın ən güclü komandasıyıq. Hər oyunumuzda anşlaq olur. Azərbaycanda futbola böyük pullar yatırılır, müxtəlif layihələr həyata keçirilir. Qarşılığında isə çox şey gözləyirlər”.
Qol.Az-ın məlumatına görə, bu sözləri Rumıniya mətbuatına açıqlamasında “Xəzər Lənkəran” klubunun baş məşqçisi Mirça Rednik deyib. Komandasının hədəflərindən danışan təcrübəli mütəxəssis cari mövsümdə qarşılarına fərqli vəzifə qoyuldğunu bildirib:
“Ötən mövsüm Azərbaycan kubokuna sahib çıxdıq. Cari mövsümsə isə hədəfimiz bir qədər fərqlidir. Bizdən artıq çempionluq tələb olunur. İnanıram ki, bu vəzifənin öhdəsindən gələ biləcəyik.
Ümumiyyətlə, Azərbaycanda yaxşı komandalar çoxdur. Məsələn, “Qəbələ”nin adını çəkmək olar. Ötən mövsüm bu komandaya Toni Adams baş məşqçi təyin olundu. Mən deyərdim ki, bu komanda üç mövsümə ərzində hər hansı bir titul qazanacaq. Onlar elə indi də avrokuboklara çıxmaq istəyirlər”.
Rednik həmçinin “Xəzər Lənkəran”a gətirdiyi rumıniyalı legionerlərdən danışıb: “Bura gələn rumın futbolçuların bəziləri öz fikirlərini dəyişiblər. Onlardan daha çox şey gözlədiyim halda cəmi bir neçə məşqdən sonra narazı qaldım. Bu futbolçuların maliyyə problemlərindən danışması isə doğru məlumat deyil.
Düşünürsüz ki, maliyyə problemi olsaydı, mən burada qalardım? Baxmayaraq ki, pul heç də əsas amil deyil. Doğrudur, elə bir an olub ki, mən “Xəzər Lənkəran”dan ayrılmaq istəmişəm. Lakin azarkeşlərin və oyunçuların son qərarımda böyük rolu olub. Bəlkə də onlar olmasaydı, indi burada deyildim”.
Rumıniyalı mütəxəssis klub rəhbərliyinin komanda üçün böyük büdcə ayırdığını və futbolçuların da alacaqları ilə bağlı heç bir problem olmadığını bildirib: “Burada neft tez bir zamanda pula çevrilir. Biz uzun zamandır ki, Çempionlar Liqasının qrup mərhələsinə düşmək istəyirik. Çünki bu, Azərbaycan futbolunda ilk belə uğur olacaq”
Flik çempionluğa inanır
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"
"Neftçi" - "Araz-Naxçıvan": Heyətlər