Çempionlar Liqasının “G” qrupunda mübarizə aparan “Portu” və “Şaxtyor” klublarının oyununda meydan sahibləri hesabda geridə olsalar da, sonda qalib gələ biliblər. Qol.Az-ın məlumatına görə, “əjdahalar”ın bərabərlik qoluna komandanın braziliya əsilli hücumçusu Halk standart vəziyyətdən vurduğu mükəmməl zərbə ilə imza atıb.