"Qarabağ" Azərbaycan klublarını yenə qabaqladı

"Qarabağ" Azərbaycan klublarını yenə qabaqladı
ÖLKƏ FUTBOLU 13 Sentyabr 2011 / 18:25 2915
-  A +

UEFA son 5 ildə avrokuboklardakı göstəricilərinə görə, klubların reytinq cədvəlini açıqlayıb.

Qol.Az-ın məlumatına görə, siyahıda ilk pilləni 130,607 balla İngiltərənin “Mançester Yunayted” klubu tutub. Son illər qazandığı uğurlara baxmayaraq, “Barselona” ikinci yerdə qərarlaşıb.

Kataloniyalıların aktivində 128,294 reytinq balı var. Üçüncü sırada 107,607 balla digər ingilis klubu “Çelsi” yer alıb. Almaniyanın “Bavariya” klubu 4-cü pilləni tutduğu halda, ilk “beşliy”i “Arsenal” tamamlayıb.
“Milan” və “Yuventus” kimi Avropa nəhəngləri isə ilk “onluğ”a belə düşə bilməyiblər. Bu komandalar müvafiq olaraq, 13 və 38-ci yerdə qərarlaşıblar.

Reytinq sıralamasında yerli klublarımızdan ən yaxşı göstərici “Qarabağ”a məxsusdur. Son üç ildə avrokuboklarda inamlı təsir bağışlayan Ağdam klubu 5,241 balla 206-cı pilləyə sahib çıxıb. Digər təmsilçimiz “Bakı”nın aktivində isə 3,241 reytinq balı var. “Zolaqlılar” bu göstərici ilə 283-cü yerdə qərarlaşıblar. “İnter” 323-cü, “Neftçi” isə 339-cu olublar. Digər klublarımızdan “Xəzər Lənkəran” 349, AZAL 383, “Simurq” isə 384-cü sırada yer alıblar.

1. “Mançester Yunayted”
2. “Barselona”
3. “Çelsi”
4. “Bavariya”
5. “Arsenal”
6. “Portu”
7. “Real” (Madrid)
8. “İnter”
9. “Liverpul”
10. “Lion”

206. “Qarabağ”
283. “Bakı”
323. “İnter”
339. “Neftçi”
349. “Xəzər Lənkəran”
383. AZAL
384. “Simurq”

Daha çox


Son xəbərlər
20.05.25  01:05

"Liverpul" uduzdu