Böyükağa Hacıyev: “Xəzər Lənkəran”la babam da oynayar”

Böyükağa Hacıyev: “Xəzər Lənkəran”la babam da oynayar”
ÖLKƏ FUTBOLU 13 Sentyabr 2011 / 12:20 3217
-  A +

“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev “Xəzər Lənkəran”ın çalışdırıcısı Mirça Rednikin “Neftçi” ilə nənəm də oynayar” fikirlərinə münasibət bildirib.

Təcrübəli mütəxəssis Qol.Az-ın müxbiri ilə söhbətində rumıniyalı baş məşqçinin bu fikirlərinin auditoriyaya hesablanmış sözlər olduğunu bildirib. Hacıyev Rednikin cavabını verməyi də unutmayıb:

“Rednikin bu fikirləri auditoriyaya hesablanmış sözlərdir. Bizi 1:0 hesabı ilə məğlub edib deyə, özünü qəhrəman saymasın. Unutmasın ki, “Xəzər Lənkəran” da Bakıda “Neftçi”nin qonağı olacaq. Həmin oyunda qalib gəldikdən sonra mən də deyəcəm ki, “Xəzər Lənkəran”la babam da oynayar”.

Daha çox


Son xəbərlər
20.05.25  01:05

"Liverpul" uduzdu