İlqar Qurbanov: “Hakim heç cərimə də qeydə almadı”

İlqar Qurbanov: “Hakim heç cərimə də qeydə almadı”
ÖLKƏ FUTBOLU 13 Sentyabr 2011 / 11:22 2045
-  A +

“Həmin anda rəqib futbolçu butsusunun ucuyla gözümə zərbə endirdi.  Şiddətli zərbə alındı. İlk öncə kəskin ağrı hiss etdim. Hakim heç cərimə də qeydə almadı. Bir qədər oyunu belə davam etdirdim. Getdikcə zərbə dəyən gözümün üstü təmamilə örtüldü. Heç nə görə bilmədim. Ona görə əvəzlənməli oldum”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Sumqayıt-Şəhər”lə oyunda zədələnərək, əvəzlənən “Qarabağ”ın yarımmüdafiəçisi İlqar
Qurbanov klubun rəsmi saytına açıqlamasında deyib. Bu gündən məşqlərə başlayacaq 25 yaşlı futbolçu “Xəzər Lənkəran”la oyuna qədər hazır olacağını bildirib:

“Dünən məşq etmədim. Amma bu gündən məşqlərə başlayacam. İnanıram ki, “Xəzər-Lənkəran”la oyuna qədər tam sağalacam”.
Son turda “Sumqayıt-Şəhər”lə oyunu dəyərləndirən İlqar “Xəzər Lənkəran”la qarşıdakı matç barədə isə bunları dilə gətirib:

“Sonuncu turda heç bəxtimiz gətirmədi. Hardasa 10-a yaxın qol epizodumuz oldu. Elə bir dəfə də mən fərqlənə bilərdim. Amma rəqib qapıçı çox əla oynadı. Düzdü, bütün oyunlarda qələbə qazanmağa çalışırıq. Amma belə itkilər də qaçınılmazdı. “Xəzər Lənkəran”la oyun maraqlı olacaq. Bizi çətin görüş gözləyir. Rəqib hazırda liderdir. Sürətli futbol sərgiləyir. İnanıram ki, sonda sevinən tərəf biz olacağıq”.

Xatırladaq ki, Qurbanov “Sumqayıt-Şəhər”lə görüşün 41-ci dəqiqəsində zədələnərək, yerini Bəxtiyar Soltanova vermişdi.

Daha çox


Son xəbərlər
20.05.25  01:05

"Liverpul" uduzdu