Moskvanın «Dinamo» klubunun azərbaycanlı futbolçusu Aleksandr Səmədov Rusiya millisində oynamaq arzusunda olduğunu bildirib.
Qol.Az-ın məlumatına görə, «Sport den za dnem» qəzetinə müsahibəsində Səmədov deyib ki, o, Rusiya millisinə düşmək üçün əlindən gələni edəcək. «Bunun üçün var gücümlə çalışacağam. Mən ruhdan düşmürəm və milliyə dəvət olunmadığıma görə heyfislənmirəm».
Aleksandr Səmədov Rusiyanın ikinci milli komandasında oynamaq fikrində olmadığını deyib: «Yuri Krasnojanla görüşümüzdə belə qərara gəldik ki, ikinci millidə oynamayım. Hazırkı klubumda oynamaq ikinci yığmada çıxış etməkdən daha faydalıdır» - deyə Səmədov bildirib.
Qeyd edək ki, bu, AFFA-nın baş katibi Elxan Məmmədovun Aleksandr Səmədovla bugünlərdə keçirdiyi görüşdən sonra futbolçunun milliylə bağlı səsləndirdiyi ilk fikirdir. Buna qədər Səmədov Azərbaycan, yoxsa Rusiya millisində oynamaqla bağlı suala birmənalı cavab vermirdi. Bu açıqlamasıyla isə Səmədov Rusiya millisində oynamaq istədiyini bildirib.
Beləliklə, futbolçu növbəti dəfə Rusiya millisini seçdiyini bəyan edib.
Flik çempionluğa inanır
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"
"Neftçi" - "Araz-Naxçıvan": Heyətlər