Xəbər verdiyimiz kimi, Peşəkar Futbol Liqası 2010/2011-ci il mövsümünün ən yaxşı qolunu seçmək üçün sorğu keçirib. Qol.Az-ın məlumatına görə, artıq başa çatan sorğuda ümumilikdə 553 nəfər iştirak edib.
Sorğunun nəticələrinə əsasən ötən mövsümün son turunda "Simurq" - "Gəncə" oyununda ev sahibi komandanın futbolçusu Elvin Yunusovun vurduğu qol 2010/2011-ci il mövsümünün ən yaxşı qolu seçilmişdir. Sorğunun nəticələri aşağıdakı kimidir:
Qeyd edək ki, Elvin Yunusov ən yaxşı qolun müəllifi kimi ötən mövsümün qaliblərinin mükafatlandırılması mərasimində təltif olunacaq. Ötən mövsümün ən yaxşı 10 qolunu bir daha təqdim edirik: