Azərbaycana gəlməsi "Malyorka"ya transferinə mane oldu

Azərbaycana gəlməsi "Malyorka"ya transferinə mane oldu
ÖLKƏ FUTBOLU 10 Sentyabr 2011 / 02:25 3845
-  A +

Belçikanın "Genk" klubunun futbolçusu Marvin Oqunyimi İspaniyanın "Malyorka" klubuna transfer ola bilməyib.

Qol.Az-ın məlumatına görə, buna transfer pəncərəsinin son günündə (31 avqust) futbolçunun Bakıya gəlməsi səbəb olub.

Gənc futbolçu həmin vaxt AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 2-də millimizlə qarşılaşan Belçika yığmasının heyətində Bakıya gəlmişdi.

Bununla belə, Oqunyimi "Malyorka" klubu ilə 2,4 milyon avro qarşılığında anlaşaraq komanda ilə müqavilə imzalayıb.
 
Lakin İspaniya təmsilçisinin Bakıda olan futbolçuya aid lazımi sənədləri vaxtında toplaya bilməməsi ucbatından 7 dəqiqə gecikmə ilə bu transfer baş tutmayıb.

Qeyd edək ki, Oqunyiminin "Malyorka"ya transferi qış transfer pəncərəsi zamanı gerçəkləşəcək.

Daha çox


Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...