“Rəvan” klubunun vitse-prezidenti Bəhruz Şirəliyevin Qol.Az saytına müsahibəsi
- “Rəvan” geridə qalan 4 turda cəmi iki xal yığıb. Komandanın çıxışını necə dəyərləndirərdiniz?
- Necə dəyərləndirmək olar? Komandanın 4 oyuna iki xalı var. Əlbəttə, bu çox pis nəticədir.
- Mövsümün əvvəlində heyətə kifayət qədər səviyyəli və təcrübəli futbolçular cəlb olundu. Ötən mövsüm “Muğan”da uğurlu çıxış edən oyunçular da Bəhmən Həsənovun istəyilə “Rəvan”a keçdi və iddialı klub yaradıldı. Buna baxmayaraq, nəticə yoxdur. Necə düşünürsünüz, uğursuzluğun səbəbi nə ola bilər?
- Bilirsiniz, bu, kompleks işdir. Burada bir futbolçunun texnikası, fiziki hazırlığı hər şeyi həll etmir. Komanda kompleks şəkildə hazır olmalıdır. Yəqin ki, hansındasa bu proseslər tamamlanmayıb. Ona görə də komanda bir az zəif çıxış edir.
- Bununla bağlı hər hansı tədbir görmüsünüz?
- Təbii ki, bu nəticələr heç də ürəkaçan deyil və bununla bağlı iclaslar keçirilib. Biz həm baş məşqçiyə, həm də oyunçulara öz mövqeyimizi bildirmişik. İnanırıq ki, tez bir zamanda həm oyunda, həm də məşqçilərdə müsbətə doğru dəyişiklikləri hiss edəcəyik.
- Qarşıdakı oyunlarda da komanda ardıcıl uğursuzluqlar əldə edərsə, bu, Bəhmən Həsəsnovun “Rəvan”dakı vəziyyətinə təsir edə bilər?
- Bilirsiniz necədir. Mən bunu bir neçə dəfə demişəm, indi də deyirəm. Komanda uğursuz çıxış edirsə, təbii ki, buna görə baş məşqçi məsuliyyət daşıyır. Amma belə demək olmaz ki, bu oyunu da uduzsaq, baş məşqçi ilə vidalaşacağıq. Biz çalışdırıcıya kifayət qədər şans verəcəyik. Onun arxasında duracağıq. Mən deyə bilmərəm ki, biz bir oyunu uduzsaq, baş məşqçini istefaya göndərəcəyik. Yox, belə şey olmayacaq. Amma uğursuzluq davamlı olarsa, bu barədə düşünəcəyik. Lakin hazırda bu məsələ bizim gündəmizdə deyil.
- Sabah “Rəvan” Premyer Liqada “Bakı” ilə növbəti oyununa çıxacaq. Uğursuz çıxış etməsinə baxmayaraq, paytaxt klubu kifayət qədər zəif rəqibdir. Həmin görüş barədə nə düşünürsünüz?
- Əlbəttə, “Bakı” kifayət qədər güclü rəqibdir. Biz də bunu yaxşı başa düşürük. Oyunçularla da görüşüb, söhbət etmişik. Onlar da bilirlər ki, həmin oyuna yaxşı köklənmək lazımdır. Ona görə də oyuna ciddi hazırlaşırıq. Onu da deyim ki, çox çətin oyun olacaq.
- Cari mövsüm Premyer Liqada debüt etməsinə baxmayaraq, komandanın qarşısına ilk “altılığ”a düşüb, avrokuboklara vəsiqə qazanmaq vəzifəsi qoyulub. Ancaq “Rəvan”ın son dörd turdakı çıxışını nəzərə alsaq, bu, elə də asan vəzifə kimi görünmür. Maraqlıdır, bu barədə siz nə deyə bilərsiniz?
- Əlbəttə, bu nəticələr ürəkaçan deyil. Bu, qarşıya qoyulan məqsədə çatmağın çətinliyini göstərir. Ancaq qarşıda hələ uzun bir çempionat var. Mən inanıram ki, biz uğursuzluq zolağından çıxa biləcəyik. Futbolçularımıza güvənirik. Ümid edirəm ki, onlar növbəti turlarda yaxşı nəticələr göstərəcəklər.
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi
Mbappe məşqlərə qoşulmadı
"Turan Tovuz" - "Sumqayıt": Heyətlər
"Real" Toni Kroosa vəzifə vermək istəyir
“Fənərbaxça”nın qapıçısı hirsini kameraya tökdü - Video
Azərbaycan millisi Aktauya bu heyətlə gedir
"Qəbələ" - "İmişli": Heyətlər açıqlandı
Ronaldo dayanmaq bilmir, bu da 968-ci qolu - Video
Flik çempionluğa inanır
Nərimanın komandası autsayderə qarşı
"Milan"a 3 qol vurdular - Video
“Zirə” penalti gözləsə də, hakim “davam” dedi - Video
“Bavariya” 54 illik rekordunu yenilədi
Almaniya klubunda qadın baş məşqçi - Bundesliqada ilk
Kantedən gözəl qol, "Fənərbaxça"dan darmadağın - Video
"Yuventus" qalib gəldi, "Milan" uduzdu
Yuri Vernidubdan Ukrayna millisi iddialarına cavab
Salah və Nqumoha "Liverpul"a 3 xal qazandırdı
“Neftçi” “Araz-Naxçıvan”ı bu qollarla yendi - Video
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"