“Neftçi”nin qapıçısı Rauf Mehdiyevin Qol.Az saytına müsahibəsi
- Sabah hər zaman ajiotaja səbəb olan “Xəzər Lənkəran” - “Neftçi” görüşü baş tutacaq. “Böyük oyun” haqda fikirlərini bilmək istərdim?
- Şəxsən mən bu görüşə adi oyun kimi baxıram. Həm də təkcə “Xəzər Lənkəran”la oyunu derbi hesab edərək, digər komandalarla qarşılaşmaları kölgədə saxlamaq olmaz. Çempionat oyunları çərçivəsində “Qarabağ”, “Bakı”və “İnter” kimi güclü və prinsipial derbi matçları da “Böyük oyun”adlandırmaq olar. Düşünürəm ki, oyun öncəsi bu qədər ajotaj yaradılması futbolçularda psixoloji gərginlik yaradır.
- Statistika göstərir ki, “Neftçi” artıq on görüşdür “Xəzər Lənkəran”ı məğlub edə bilmir: ya uduzur, ya da heç-heçə edir. Bu dəfə sindiromu qırmaq mümkün olacaq?
- Əvvəla bu futboldur, burada hər şey ola bilər. İkincisi biz Lənkarana qələbə dalınca gedirik. Getmirik ki, məğlub olub əliboş evə dönək. Yaxşı başa düşürük ki, bu görüşdən üç xalla ayrılmaq bizim üçün çox vacibdir. Mənə elə gəlir ki,bu sindiromu qırmağa çox yaxınıq. Həm də, “Neftçi” keçən mövsüm çempionatda uğurlu çıxış edən heyətini qoruya bilib. Uğursuzluq sindiromunu keçən mövsümün çempionat oyununda qırmağa çox yaxın idik. Sadəcə, görüşün 90-cı dəqiqəsində qapımızdan qol buraxaraq qələbəni əldən verdik.
- Keçən ilki “Xəzər Lənkəran”güclüdür, yoxsa indiki?
- Bu mövsüm rəqibin bir neçə oyununa baxdım və belə qənaətə gəldim ki, ötən çempionatda çıxış edən “Xəzər Lənkəran”daha güclü idi. Ola bilər ki, komandanın bir neçə oyunçusu klubu tərk etdiyindən və ya heyətdə bəzi islahatlar aparıldığından hardasa tarazlıq pozulub. Bəlkə də qarşıdan gələn qarşılaşmalarda oyunlarını bərpa edəcəklər. Ancaq hələ ki, keçən il göstərdikləri sürətli oyunu nümayiş etdirə bilmirlər. Düşünürəm ki, “Neftçi” budəfəki sindiromu qıraraq “Xəzər Lənkəran”ı məğlub edə bilər.
- “Xəzər Lənkəran”ın bu mövsüm zəif çıxışından danışsan da, “Neftçi”nin də çempionata o qədər də uğurlu start vermədiyini, bəlkə də əvvəlki əzəmətini itirdiyini demək olar. Elə AZAL-la oyun buna nümunə idi.
- Deməzdim ki, meydan sahibləri bizi bütün kompanentlərdə üstələdi. Hər iki komandanın qələbə qazanmaq üçün xeyli qol imkanı oldu. Sadəcə bu imkanlardan rəqib daha effektli istifadə edərək bizi məğlub etməyi bacardı. Futbolun yazılmamış qanuna əsasən, vurmuyana vurarlar prinsipi həyata keçdi. Lakin onu da unutmamalıyıq ki, biz çempionatda debütant komandaya deyil, AZAL kimi iddialı və güclü kluba məğlub olmuşuq. O ki qaldı “Neftçi”nin əzəmətini itirmək məsələsinə, mən bununla qətiyyən razı deyiləm. Komandamız keçən mövsümdə qalib heyətini qoruyub saxlamağı bacarıb.Düşünürəm ki, çempionat yeni başladığından komanda tədricən optimal formasını toplayır. Bizə mütləq ard-arda bir neçə qələbə qazanaraq komandanı psixoloji durumdan çıxarmaq lazımdır.
- Yeni baş məşqçi Böyükağa Hacıyevlə münasibətlərin hansı səviyyədədir?
- Şükür Allaha, münasibətlərimiz çox yaxşı səviyyədədir. Aramızda heç bir münaqişə olmayıb. Məşqçi kim də çox əla təsir bağışlayır.
- Çoxdandı komandanın əsas heyətinə düşə bilmirsən. Bəlkə optimal formadan çox uzaqsan, ona görə daim ehtiyatda oturursan?
- Əsas heyətə düşə bilməsəm də, məşqlərdə daim böyük səylə çalışıram. Bilirəm ki, mənim də bir gün özümü göstərmək vaxtım gələcək. Ona görə də ümidimi itirmədən daim özümü yüksək əhval ruhiyəyə kökləyir və məşqlərdə böyük səylə çalışıram. Mən sadəcə öz vaxtımı gözləyirəm.
- “Xəzər Lənkəran”ın baş məşqçisi Mirca Rednikin “biz çempion olmasaq da, olar. Təki “Neftçi”yə qalib gələk” açıqlamasına münasibətin necə oldu?
- Rednik nədən belə açıqlama verib deyə bilmərəm. Ancaq əgər hansısa klubun və məşqçinin qarşısına çempion olmaq tapşırığı qoyulubsa, nəyin bahasına olursa-olsun, buna nail olmalıdır. Daha durub bir oyuna görə çempionluğu qurban verərək bu sözləri işlətməz. Bütün bunlar bizim üçün boş şeydən başqa bir şey deyil. Keçən mövsüm “Xəzər Lənkəran” üzərində qələbə qazana bilməsək də, çempion biz olduq.
"Barselona"dan ayrılır
Musialanın PSJ ilə oyunda ayağı qırıldı - Şəkil
"İmişli" daha bir oyunçunun keçidini açıqladı
"Neftçi"dən yeni transfer - Rəsmi
"Qəbələ" növbəti transferini rəsmən açıqladı
Emrelinin komandası iki yoxlama oyununda uduzdu
Ulduz futbolçunun dəfnindən - Şəkillər
Kurban Berdıyev özünə üç nəfər yeni köməkçi gətirdi
"Çelsi" yeni transferini açıqladı
“Qarabağ”ın sabahı İsveçdə
"Zirə" Türkiyəyə yollandı - Şəkillər
Jotanın dəfnində Santuş da iştirak etdi
"Kəpəz"dən yeni transfer - Rəsmi
"İnter" Ter Ştegeni pulsuz ala bilər
Daha bir boksçumuz bürünc medalla kifayətləndi
Kayl Uoker bu kluba keçdi - Rəsmi
Azərbaycan boksçusundan bürünc medal
"Mançester Yunayted"də 18 yaşlı futbolçu
"İnter" hücumçu aldı
Xabi Alonso Arda Gülerdən danışdı
O pulu ailəsi alacaq
"Qalatasaray" onunla yolları ayırdı
"Kəpəz" ilk transferini açıqladı
Uilyamsın "Barselona"ya keçməməsinin səbəbi məlum oldu
Hara gedirsən, Benzia?
"Çelsi"ni 1/2 finala aparan qələbə - Video
Messi "İnter Mayami"də qalır
Arda Turan “Şaxtyor”da debüt oyununa çıxdı
Onlar da DÇ-2025-də yarımfinalçı oldular
“Zirə”nin rəqibindən növbəti qələbə
“Transferlər mənim nəzarətim altındadır” - Samir Abasov
Uolkerin yeni klubu bəlli oldu
"Qəbələ" növbəti transferini rəsmən açıqladı - Yenilənib
UEFA "Barselona", "Çelsi" və digər klubları cərimələdi
"Neftçi"dən ayrıldı, "İmişli"yə keçdi - Rəsmi