Bu həftəsonu Premyer Liqasında V turun oyunlarına start veriləcək. Qol.Az-ın məlumatına görə, bu turda “Xəzər Lənkəran” son çempion “Neftçi”ni qonaq edəcək.
“Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyevin növbəti qarşılaşma və Mirça Rednikin açıqlamaları ilə bağlı fikirlərini təqdim edirik:
- “Xəzər Lənkəran”la oyunöncəsi vəziyyət necədir?
- Əsas heyətin 9 oyunçusu öz ölkələrinin milli komandalarına dəvət olunmuşdu. Bu futbolçularla 10 gündür görüşmürəm. Ancaq çalışmışıq ki, digər futbolçularla yaranmış fasilədən səmərəli istifadə edək. Mən xüsusi ilə qeyd etmək istəyirəm ki, “Xəzər Lənkəran”la qarşılaşma bizim üçün adi çempionat oyunlarından biridir. Bu oyun ətrafında ajiotaj yaratmaq fikrində deyiləm. Qoy kim güclüdürsə, o qalib gəlsin.
- “Neftçi”nin heyətində itkilər varmı?
- Ciddi itkilərimiz yoxdur. Əksinə, İqor Mitreskinin zədəsi artıq sağalıb və “Xəzər Lənkəran”a qarşı oyunda meydana çıxacaq. Bir ara zədələnən Rəşad Abdullayev də növbəti qarşılaşmada oynayacaq. Ola bilsin ki, taktiki baxımdan müəyyən dəyişikliklər edək. Çalışacağıq ki, elə bir taktiki variant seçək ki, lənkəranlılar bu taktikanın üstündə baş sındırsınlar.
- Ötən tur AZAL-a məğlub oldunuz. Bu oyundan sonra komandada əhval-ruhiyyə necədir?
- “Neftçi”də elə bir prezident var ki, istənilən vaxt komandanın əhval-ruhiyyəsini yüksəldə bilər. Baxmayaraq ki, AZAL-a məğlub olduq, ancaq Sadıq müəllimin çox böyük dəstəyini hiss edirik. Prezident komandaya dəstək verirsə, deməli, o, bizə inanır və biz də çalışırıq ki, onun etimadını doğruldaq.
- Fəriq Quliyevin vəziyyəti nə yerdədir? Gələcək oyunlarda komandaya kömək edəcəkmi?
- Fəriq Quliyev məşqlərdə iştirak edir. Düzdür, o, əvvəlki formasından uzaqdır, lakin yaxın zamanlarda azarkeşlər onu da meydanlarda görəcək.
- “Xəzər Lənkəran”ın heyətində çəkindiyiniz futbolçu varmı?
- Subaşiçin “Xəzər Lənkəran”ın heyətində yeni olmasına baxmayaraq, çox gözəl oyun nümayiş etdirir. Hiss olunur ki, Subaşiç əvvəlki formasını bərpa etmək istəyir. “Xəzər Lənkəran”ın heyətində yarımmüdafiəçi Adrian Pit də çox xoşuma gəlir. Bu komandanın heyətində kifayət qədər səviyyəli futbolçu var. Ancaq “Neftçi”nin də heyəti güclü futbolçulardan ibarətdir. Çalışacağıq ki, Lənkəranda azarkeşlərə məzmunlu oyun nümayiş etdirək.
- Mirça Rednik öz müsahibəsində bildirib ki, “Xəzər Lənkəran” azarkeşləri bu oyuna çox böyük önəm verirlər. Hətta onlar razıdırlar ki, çempion olmayaq, ancaq “Neftçi”ni udaq. Bu barədə nə deyə bilərsiniz?
- Allah ağızlarından eşitsin. Bir məsələni unutmaq lazım deyil ki, Premyer Liqada bir çempion olmalıdır. Aydın məsələdir ki, çempion “Neftçi” olacaq. Mən bu oyunu çox şişirdib futbolçularımı psixoloji təzyiq altında qoymaq istəmirəm. Ümid edirəm ki, sonda sevinən tərəf “Neftçi” olacaq.
- “Neftçi” və “Xəzər Lənkəran” 22-ci dəfə qarşılaşcaq. 10 oyundur ki, “Neftçi” “Xəzər Lənkəran”ı məğlub edə bilmir. Növbəti oyunda bu seriyanın dəyişməsi nə qədər realdır? Lənkərandan bir xalla dönmək sizin üçün qənaətbəxş hesab oluna bilərmi?
- Bu seriyanı dayandırmağa çalışacağıq. Ancaq futbolda hər şey ola bilər. Əsas odur ki, biz üç xal ardınca Lənkərana gedirik. Əgər bu gün komanda səfərdə 50 faiz, ev oyunlarında isə 100 faizlik nəticə göstərirsə, deməli bu komanda ən azı ilk üçlükdə öz yerini tutub. Biz heç-heçəyə oynamayacağıq. Fikir verirsinizsə, son vaxtlar “Neftçi” tamam fərqli oyun nümayiş etdirir - hücum futbolu oynayır. Bizim əsas devizimiz belədir - ən yaxşı müdafiə hücumdur.
- “Xəzər Lənkəran” “Neftçi” qarşılaşmalarına maraq olduqca böyükdür. Mirça Rednik də bu oyuna xüsusi hazırlaşdıqlarını bildirib. Ancaq siz bildirirsiniz ki, bu oyun sizin üçün adi oyundur. Siz bu cür açıqlama ilə özünüzü sığortalayırsız?
- Mən çox istərdim öyrənim ki, Mirça Rednik xüsusi hazırlıq deyəndə nəyi nəzərdə tutur? Futbolçular eninə qaçırlar, ya dal-dala qaçırlar? Mən bu oyun ətrafında, xüsusilə məşqçilərin ajiotaj yaratmasının tərəfdarı deyiləm. Heç vaxt öz oyunçuma demərəm ki, hər hansı komandaya qarşı fərqli hazırlaş. Biz bütün oyunlara hazırlaşırıq. Mənə elə gəlir ki, xüsusi hazırlıq yoxdur. Biz “Rəvan”a, “Sumqayıt Şəhər”ə, AZAL-a qarşı necə hazırlaşırdıqsa, “Xəzər Lənkəran”la oyuna da həmin qaydada hazırlaşırıq”.
(Mənbə: PFL)
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi
Mbappe məşqlərə qoşulmadı
"Turan Tovuz" - "Sumqayıt": Heyətlər
"Real" Toni Kroosa vəzifə vermək istəyir
“Fənərbaxça”nın qapıçısı hirsini kameraya tökdü - Video
Azərbaycan millisi Aktauya bu heyətlə gedir
"Qəbələ" - "İmişli": Heyətlər açıqlandı
Ronaldo dayanmaq bilmir, bu da 968-ci qolu - Video
Flik çempionluğa inanır
Nərimanın komandası autsayderə qarşı
"Milan"a 3 qol vurdular - Video
“Zirə” penalti gözləsə də, hakim “davam” dedi - Video
“Bavariya” 54 illik rekordunu yenilədi
Almaniya klubunda qadın baş məşqçi - Bundesliqada ilk
Kantedən gözəl qol, "Fənərbaxça"dan darmadağın - Video
"Yuventus" qalib gəldi, "Milan" uduzdu
Yuri Vernidubdan Ukrayna millisi iddialarına cavab
Salah və Nqumoha "Liverpul"a 3 xal qazandırdı
“Neftçi” “Araz-Naxçıvan”ı bu qollarla yendi - Video
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"