"Xəzər Lənkəran" klubunun yarımmüdafiəçisi Rahid Əmirquliyevin Qol.Az saytına müsahibəsi
- Qarşıda sizi “Neftçi” ilə çətin oyun gözləyir. Hər zaman ajiotaja səbəb olan “Böyük oyun” haqda fikirlərini bilmək istərdim?
- Hər kəs yaxşı bilir ki, həftəsonu qarşılaşacağımız rəqib keçən mövsümün çempionu olmaqla yanaşı, çox güclü klubdur. Heyətində kifayyət qədər səviyyəli legionerlər çıxış edir. Ancaq,bununla belə biz rəqibdən çəkinmirik. Statistik göstəricilərin də “Xəzər Lənkaran”ın xeyrinə olması bizi daha da ruhlandırır. Artıq altı oyundur ki, “Neftçi” ilə oyunlarda məğlub olmayaraq, iki qələbə qazanıb, dörd heç-heçə etmişik. Növbəti oyunda da, bu məğlubiyyətsizlik seriyasının davamını gətirmək üçün əlimizdən gələni etməyə çalışacağıq.
- Komandada əhval-ruhiyyə necədir? Futbolçularda qələbəyə inam hissi varmı?
- Səmimi olaraq deyim ki, komandanın işləri çox əla gedir. Uşaqlar da qarşıdan gələn möhtəşəm oyuna böyük həvəslə hazırlaşırlar. Hər kəs yaxşı dərk edir ki, bu görüş bizim üçün nə qədər əhəmiyyət daşıyır. “Neftçi” ilə oyuna böyük üstünlüklə çıxacağımızı düşünürəm. Ən başlıca səbəb kimi doğma meydanda oynamağımızla bərabər, bizi sevərək dəstəkləyən möhtəşəm azarkeşlərimiz qarşısında meydana çıxacağıq. Azərbaycanın ən çılğın azarkeşləri “Xəzər Lənkaran”a məxsusdur.
- Hər zaman iddialı danışan baş məşqçiniz Mirça Rednik necə, yetirmələrini qələbəyə kökləyə bilib?
- Bilirsiniz, Mirça Rednik nəinki təcrübəli məşqçi, həm də yaxşı bir psixoloqdur. O, hər zaman bizə meydana çıxarkən özünümüzə inanmaqla yanaşı, bizi bütün potensiallarımızı ortaya qoyaraq, qələbə qazanacağımıza inandırmağa çalışır. Məncə, “Xəzər Lənkaran”ın bəxti gətirib ki, belə bir məşqçiyə sahibdir. İnanıram ki, “Neftçi” ilə qarşılaşmada meydanı qalib tərk edən komanda biz olacağıq.
- Necə düşünürsən “Neftçi” həminki gücdədir, yoxsa cari mövsümdə əvvəlki əzəmətini itirib?
- Hər bir klubda eniş dövrü ola bilər. Düzdür, rəqib bu mövsüm hələ ki, zədə səbəbindən bir neçə əsas oyunçusunun xidmətindən yararlana bilmədi. Ancaq onların da heyətində zədəliləri əvəz edə biləcək kifayət qədər futbolçular var. Buna görə də mən düşünürəm ki, onlarla qarşılaşma bizim üçün asan keçməyəcək. Zəifləmək barəsində söhbət belə gedə bilməz. “Neftçi”, elə həmin “Neftçi”dir.
- Keçən tur “Rəvan”la oyunda xal itirərək, zəif təsir bağışlamağınız sizin də bu mövsüm zəif çıxış edəcəyinizə dəlalət etmir?
- Biz hər zamankı kimi bu mövsümdə də yüksək yerlər uğrunda mübarizə aparacağıq. O ki qaldı “Rəvan”la oyunda zəif təsir bağışlamağımıza, düşünürəm ki, futbolçularda motivatsiya çatışmırdı. İlk hissədə oyunumuz alınmasa da, ikinci hissədə özümüzü toparlayaraq, hesabı bərabərləşdirməyə nail olduq. Bir də ki, belə götürəndə, “Rəvan” komandası debütant olmasına baxmayaraq, çox yaxşı təsir bağışlayır. Heyətində də yaxşı yerli futbolçularla yanaşı, səviyyəli legionerlər çıxış edir.
- Qazaxıstan millisi ilə görüşdə belə möhtəşəm oyun göstərib, qələbə qazanacağınızı gözləyirdiniz?
- Hər kəs əvvəlcədən yaxşı bilirdi ki, onlarla oyun çox çətin keçəcək. Buna görə də bu görüşdə uğur qazanan olmaq üçün çox çalışırdıq. Oyun başlayan kimi qol buraxıb, fasiləyə məğlub yollansaq da, ikinci hissədə meydanda tam başqa Azərbaycan millisi vardı. Mübarizə aparan bütün futbolçular öz vəzifələrinin öhdəsindən gəlməyi bacardılar. Şükürlər olsun ki, sonda qalib gələrək, Azərbaycan azarkeşlərinə sevinc bəxş etdik. Həm də millimiz ilk dəfədir ki, beş xallıq sindromu qırmağı bacardı.
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"
Abubakarın yeni klubu müəyyənləşdi
Litva səfirindən Qurban Qurbanova dəstək
Azərbaycan millisinin rəqibi Türkiyə oldu
Kefini pozma, hər şey yaxşı olacaq!
Rafael Leaunun “Qalatasaray”a transferi tamamlandı
Tanınmış aparıcı AFFA-da fəaliyyətə başlayıb
“Mançester Siti” 3 xalı 4 qolla qazandı
“Traktor”dan ardıcıl dördüncü qələbə
PSJ yenə büdrədi
Ronaldo 978-ci qolunu vurdu
“Milan” istəyinə ikinci hissədə çatdı
Nərimanın komandası ilk xalını qazandı
“Bavariya” mövsümə darmadağınla başladı
Cəlal oynadı, komandası qalib gəldi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
“Aston Villa” Nikolas Ceksonu transfer etdi
Azərbaycan millisi 1/8 finala adladı - Avropa çempionatı
"Neftçi" hücumçu aldı
Salah “Trabzonspor”un məğlubiyyətindən danışdı