Rəşad Abdullayev: “Çalışacağıq ki, Lənkəranda bu tilsimi sındıraq”

Rəşad Abdullayev: “Çalışacağıq ki, Lənkəranda bu tilsimi sındıraq”
ÖLKƏ FUTBOLU 8 Sentyabr 2011 / 12:05 1898
-  A +

“Xəzər Lənkəran”la oyunlarda son vaxtlar qələbə qazana bilmirik. Amma əsas odur ki, biz son mövsümdə çempionluğu qazandıq. Ümumiyyətlə, bu komanda ilə görüşlər gərgin keçir. Şəxsi görüşlərdə heç-heçəmiz çox oldu. İstdiyimiz qələbəni qazana bilmədik. Lənkəranda son saniyələrdə qapımızdan qol buraxdıq. Eləcə də Bakıdakı matçın sonlarında hesabı əldən verdik”.

Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində “Neftçi” klubunun yarımmüdafiəçisi Rəşad Abdullayev deyib. Həftəsonu baş tuacaq “Böyük oyun” barədə danışan təcrübəli futbolçu bu dəfə səfər sindromunu qıracaqlarını bildirib:

“Bu dəfə çalışacağıq ki, Lənkəranda bu tilsimi sındıraq. Hələ çempionat təzə başlayıb. İkinci yerdəyik demək tezdir. Marafon böyükdür. Qarşıda bizi çoxlu oyunlar gözləyir. Orada kimsə itirəcək, kimsə qazanacaq. “Neftçi” – “Xəzər Lənkəran” oyunu elədir ki, bu komandalar üçün turnir cədvəlinin hansı pilləsində qərarlaşmağın fərqi yoxdur. İkisindən biri çempionatın orta sıralarında getsə belə, bu oyunun mahiyyəti həmişə böyük olur. Bu, konkret derbi xarakteri daşıyır”.

Abdullayev “Böyük oyun”da qalib gələrək, AZAL məğlubiyyətini unutdurmaq niyyətində olduqlarını söyləyib:

“Son məşqlərdə daha çox ona fikir veririk ki, AZAL-a məğlubiyyətin psixoloji yorğunluğunu yaddan çıxaraq. Çünki bizim üçün gözlənilməz, ağır nəticə oldu. Çünki belə məğlubiyyət gözləmirdik. Ona görə də komanda çalışır ki, qarşıdakı oyunda həmin məğlubiyyəti unutdursun”.

Daha çox


Son xəbərlər