Hakan Şükür: «Azərbaycan millisinə diqqət etməliyik»

Hakan Şükür: «Azərbaycan millisinə diqqət etməliyik»
ÖLKƏ FUTBOLU 7 Sentyabr 2011 / 20:03 3822
-  A +

Türkiyə futbolunun canlı əfsanəsi, millət vəkili Hakan Şükür «Avro-2012»nin seçmə mərəhləsində gələn ay Azərbaycan millisi ilə keçirəcəkləri oyun haqda fikirlərini bildirib.

Qol.Az-ın «Milliyyət» qəzetinə istinadən yaydığı məlumata görə, Hakan Şükür Azərbaycan millisilə oyunda komandalarını diqqətli olmağa çağırıb.

«Azərbaycanı Qazaxıstanı məğlub etməsi yaxşı olmadı. Qazaxıstan öndə olanda ümidlənmişdik. Bizim komanda, Hiddinkin dediyi kimi, çətinliyi sevir. Məqsədimiz Avropa çempionatının final mərhələsinə getmək üçün Azərbaycan və Almaniyanı məğlub etməkdir. Hər iki oyun asan olmayacaq. Bu komandalar yaxşı mübarizə aparırlar» - deyə o bildirib.


 

Daha çox


Son xəbərlər