"Qarabağ"ın yeni transferi danışdı

"Qarabağ"ın yeni transferi danışdı
ÖLKƏ FUTBOLU 7 Sentyabr 2011 / 17:40 2997
-  A +

Ağdamın "Qarabağ" klubunun transfer pəncərəsinin son günündə sıralarına qatdığı Leonardo da Silva Roşa artıq komanda ilə məşqlərə çıxır. 

Qol.Az-ın məlumatına görə, təcrübəli pleymeyker klubun rəsmi saytına müsahibəsində "Qarabağ"a böyük hədəflər üçün gəldiyini bildirib:

"Hamıya məlumdur ki, "Qarabağ" Azərbaycanda ən çox rəğbət bəslənilən komandadır. Avrokuboklarda uğurlu çıxışla yanaşı sərgilədiyi baxımlı futbolla da azarkeşlər tərəfindən sevilir. Mənim də oyun üslubumun "Qarabağ"a uyğun gəldiyini düşünürəm.

Çoxları məni məhz bu səbəbdən "Qarabağ"da görürdü. Məlum olduğu kimi, ötən mövsümün sonunda "Bakı"dan ayrıldıqdan sonra Braziliya klubu ilə şifahi razılaşma vardı. Onlar da yerli futbol qurumuna lisenziyama görə müraciət etmişdilər. Bu səbəbdən keçidim bir qədər yubandı. Amma indi hər şey arxada qalıb.

"Qarabağ"da ilk oyunuma çıxacağım günü səbirsizliklə gözləyirəm.  Bilirəm ki, mən "Qarabağ"ın 2-ci və sonuncu transferiyəm. Ona görə də, məndən çox şeylər gözlədiklərini bilirəm. "Qarabağ"ın azarkeşləri çox çılğındır. Onlar heç yerdə komandalarını tək qoymurlar. 

Çalışacam ki, öz oyunumla onları sevindirim. "Qarabağ"a uğur qazanmaq üçün gəlmişəm. İlk növbədə çempionluq, sonra isə Avrokuboklarda qrup mərhələsində oynamaq istəyirəm. "Qarabağ"ın buna qadir olduğunu düşünürəm".

Daha çox


Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...