Premyer Liqanın V turuna sentyabrın 10-da start veriləcək. Qol.Az-ın məlumatına görə, turun ən maraqlı qarşılaşmalarından biri Lənkəran şəhərində baş tutacaq.
"Xəzər Lənkəran" əzəli rəqibi, son çempion "Neftçi"ni qəbul edəcək. "Xəzər Lənkəran" klubunun rumuniyalı baş məşqçisi Mirça Rednik oyunöncəsi fikirlərini PFL-in rəsmi saytına bildirib:
- "Neftçi"yə qarşı digər komandalarla qarşılaşmalardan fərqli hazırlaşırsınız, hazırlıqlarda xüsusi bir fərq var?
- "Neftçi" ilə oyunlarımız həmişə böyük maraq doğurub. Azarkeşlərimiz bu komanda ilə oyunlarımıza xüsusi önəm verirlər. Bizim üçün də "Neftçi" ilə qarşılaşmalar prinsipial xarakter daşıyır. Ona görə də şənbə günü keçirləcək matça digər komandalarla qarşılaşmalardan fərqli hazırlaşırıq. Bu qarşılaşma bizim üçün adi bir oyun deyil.
- "Xəzər Lənkəran"ın heyətində itkilər varmı?
- Milli komandanın düşərgəsinə yollanan futbolçuların vəziyyətinin nə yerdə olmasından xəbərim yoxdur. Elnur Allahverdiyev milli komandaya zədəli getmişdi. Ancaq sonradan öyrəndim ki, Elnurun zədəsi elə də ciddi deyil. "Rəvan"la qarşılaşmadan sonra Antonio Semedo da zədələnib. Onun müayinəsi başa çatandan sonra "Neftçi" ilə qarşılaşmada meydana çıxıb-çıxmayacağı dəqiqləşəcək.
- Ötən tur "Rəvan"la qarşılaşmada "Xəzər Lənkəran" iki xal itirdi. Bu oyundan sonra komandanın əhval-ruhiyyəsi necədi?
- Futbolda bütün oyunlarda qalib gəlmək mümkün deyil. Təbii ki, xal itkisinə görə məyus olduq. Ancaq bədbinliyə qapılmırıq. "Neftçi" ilə qarşılaşmada ötən turdakı xal itkisini azarkeşlərimizə unutdurmağa çalışacağıq.
- Lənkəran şəhər stadionun ot örtüyünün vəziyyəti nə yerdədir? Stadionun vəziyyəti baxımlı futbol oynamağa imkan verirmi?
- Stadionun ot örtüyünün yaxşı vəziyyətdə olduğunu söyləmək olmaz. İki gündür yağış yağır, bu gün bir qədər günəşli hava müşahidə olunub. Ümid edirəm oyun gününə qədər stadionun ot örtüyünün vəziyyəti yaxşılığa doğru dəyişər.
- "Neftçi" və "Xəzər Lənkəran" 22-ci dəfə qarşılaşacaq. Bu oyunlarda "Neftçi"nin üstünlüyü gözə çarpır. Növbəti qarşılaşmada minimal məqsədiniz nədir?
- Bu komandalar arasındakı qarşılaşmaların statistikasının mənim üçün əhəmiyyəti yoxdur. Mənim üçün "Xəzər Lənkəran"a gələndən sonrakı statistika önəmlidir. Mən bu komandada baş məşqçi kimi fəaliyyətə başlayandan sonra "Neftçi" ilə altı dəfə qarşılaşmışıq. İki dəfə qalib gəmişik, dörd oyun da heç-heçə başa çatıb. Çalışacağıq ki, məğlubiyyətsiz oyunlar seriyasını davam etdirək. "Neftçi" ilə qarşılaşmaya azarkeşlərimiz çox böyük önəm verirlər. Hətta elə azarkeşlər var ki, mövsüm boyu "Neftçi" ilə oyunlarımızı gözləyirlər. ""Neftçi" ilə qarşılaşmalar bizim üçün o qədər vacibdir ki, razıyıq, çempion olmayaq, amma "Neftçi"ni məğlub edək.
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi
Mbappe məşqlərə qoşulmadı
"Turan Tovuz" - "Sumqayıt": Heyətlər
"Real" Toni Kroosa vəzifə vermək istəyir
“Fənərbaxça”nın qapıçısı hirsini kameraya tökdü - Video
Azərbaycan millisi Aktauya bu heyətlə gedir
"Qəbələ" - "İmişli": Heyətlər açıqlandı
Ronaldo dayanmaq bilmir, bu da 968-ci qolu - Video
Flik çempionluğa inanır
Nərimanın komandası autsayderə qarşı
"Milan"a 3 qol vurdular - Video
“Zirə” penalti gözləsə də, hakim “davam” dedi - Video
“Bavariya” 54 illik rekordunu yenilədi
Almaniya klubunda qadın baş məşqçi - Bundesliqada ilk
Kantedən gözəl qol, "Fənərbaxça"dan darmadağın - Video
"Yuventus" qalib gəldi, "Milan" uduzdu
Yuri Vernidubdan Ukrayna millisi iddialarına cavab
Salah və Nqumoha "Liverpul"a 3 xal qazandırdı
“Neftçi” “Araz-Naxçıvan”ı bu qollarla yendi - Video
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"