Azərbaycan milli komandasının yarımmüdafiəçisi Mahir Şükürovun Qol.Az saytına müsahibəsi
- Dünən Qazaxıstanla oyunda qələbə qazandıq. Bundan öncə isə Belçika millisi ilə oyunda bir xal götürə bilmişdik.
- Hamı yaxşı anlayırdı ki, belçikalılar bizdən qat-qat üstün olmaqla yanaşı Bakıya üç xal almağa gəliblər. Məhz bu üzdən bu görüşə xüsusi önəm verərək daha ciddi hazırlaşmışdıq. Bu bir həqiqətdir ki, bu gün rəqibin futbolçuları dünyanın tanınmış klubları olan “Arsenal”, “Ayaks”, “Bavariya”nın formasını geyinirlər. Düzdü, Qazaxıstana qarşı oynadığımız oyunu Belçikayla qarşılaşmada göstərə bilməsək də, onlardan da xal almağı bacardıq.
- Futbolçularda son iki oyunda dörd xal qazanacağına inam vardı? Axı, hər iki komandaya səfərdə məğlub olmuşdunuz.
- Mən müsahibələrimin çoxusunda demişdim ki, biz doğma meydandakı oyunlarda hər iki komandayla görüşdə dörd xal götürəcəyik. Bunu ona görə inamla söyləmişdim ki, uşaqların məşqlərdə necə ürəklə çalışdığını, qələbə qazanacaqlarına inandıqlarını görürdüm. Və çox şükürlər olsun ki, fikirlərimdə yanılmadım. İnşallah, inanıram ki,gələcək oyunlarda da qələbələri sıralamaqda davam edəcəyik.
- Dəyəsən, Qazaxıstanla oyunda daha çox həyacanlı görünürdünüz. Elə rəqib də bunu görüb qolu daha tez vurdu.
- Onlarla oyunda daha çox həyacanlı olmağımız başadüşüləndir. Axı, Belçika ilə heç-heçədən sonra azarkeşlər bizdən yalnız qələbə gözləyirdi. Bütün bu amillər bizdə bir az psixoloji gərginlik yaradırdı. Qazaxlarla oyun mən deyərdim ki, daha maraqlı və bolqollu bir matç oldu. Hər iki komanda qələbə qazanmaq üçün əlindən gələni etməyə çalışırdı. Ancaq üç xal uğrunda mübarizədə daha istəkli və güclü tərəf biz idik. Dünən Azərbaycan futbolu üçün tarixi bir gün oldu. İlk dəfədir ki, millimiz yeddi xal qazandı.
- İlk qolu rəqib vurduğu zaman hansı hissləri yaşadın? Bir anlıq “qələbə qazanmaq istəyirdik, yenə məğlub olaraq hər şeyi alt-üst etdik” deyə üzülmədin?
- Bu görüşdə ilk qolun bizdən gələcəyini düşündüyümüzdən, rəqibin erkən fərqlənməsi istər-istəməz bizi şoka saldı. Hər kəsin bizdən qələbə qazanaraq, tarix yazacağımızı gözlədiyi halda, məğlub olmaq çoz üzücü olacaqdı. Ancaq ilk hissəni məğlub olmağımıza baxmayaraq, ikinci yarıda meydana çıxmazdan əvvəl uşaqlarla sözü bir yerə qoyub qələbə qazanmaq naminə hər kəs əlindən gələni edəcəyinə söz verdi. Sözlərini tutmağı bacardılar. Bir şey də bizim üçün sevindirici oldu ki, bu seçmə mərhələdə indiyə qədər milli komandamız doqquz qola imza atıb. Bu da çox sevindirici və uğurlu nəticə hesab olunur. Mən düşünürəm ki, artıq yığma komandamız öz oyununu taparaq irəliyə doğru addımlayır. Azarkeşlərdən isə xahişim budur ki, bizi sona qədər dəstəkləsinlər. Oyun on dəqiqədir, başlayıb artıq “istefa” süarı səsləndirirlər. Bu da futbolçulara psixoloji təsir edir, onları ruhdan salır.
- Hesabda geri düşüb fasiləyə yollandığınız zaman baş məşqçiniz Berti Foqts sizə nələr dedi?
- Baş məşqçi bizə kəskin şəkildə iradlarını bildirərək, təhlükəli epizodlarda daha diqqətli olmağımızı istədi. Ən başlıcası o, bizə güvənərək qələbə qazanacağımıza inandığını bildirdi. Məşqçinin bu cür çıxışı futbolçularda özünəinam hissini oyatmaqla yanaşı, qələbə qazanmaq istəyini birəbeş artırdı. Mənə elə gəlir ki, qələbə qazanmaq üçün əsas futbolçunu düzgün kökləməkdir. Bunu da məşqçimiz çox əla bacardı.
- Millinin hər iki oyununda Rauf Əliyevin məhz sənin əla hava ötürməndən sonra qol vurub. Bundan başqa bir-birinizi çox yaxşı başa düşürdünüz. Oyunöncəsi məşqlərdə aranızda planlaşdırırsınız?
- Aramızda heç bir planlaşdırma olmayıb. Sadəcə, oyun zamanı mən sağ cinahdan topla irəlləyən zaman Rauf əlini yuxarı qaldıraraq məndən top istədi. Mənim də işim cərimə meydançasına iti ötürmələr olduğu üçün, bunu böyük məmnuniyyətlə etdim. Çox sevindirici haldı ki, hər iki ötürmə qollar yekunlaşdı və başla vuruldu. Axı, başla dəqiq oynamaq bizim bir az yaralı yerimiz idi. Çox şadam ki, bu iki oyunda mən bir qol vurmaqla yanaşı, iki vacib qolun ötürməsini də vemişəm.
- Nədən penaltini məhz sən vurmaq qərarına gəldin?
- Penaltini vurmağı özüm istədim. Futbolçular da çox sağ olsunlar ki, mənə güvəndilər. Mən də ələ düşmüş bu əla fürsətdən çox yaxşı yararlanmağı bacardım. Düzdü, həmin anda çox həyacanlı olursan .Ancaq bu, futboldur. Ya vuracaqsan, ya da ,yox. Mənə elə gəlir ki, vurduğum penalti pis alınmadı. Qol vurmağı cox istəyirdim.
- Berti Foqtsun millidə qalmasına tərəfdarsan?
- Əvvəl, buna fedarasiya rəhbərliyi qərar verir. Mən düşünürəm ki, bu mərhələdə bizə çox güclü rəqiblər düşdüyündən hər şeyi Foqtsun üstünə atmaq düzgün olmazdı. Neyləyək ki, bizə hər dəfə güclü və çətin rəqiblər düşür. Bu da bizim bəxtimizdəndir. Mən düşünürəm ki, Foqtsa inanaraq ona bir az da işləmək imkanı vermək lazımdır. Başqa məşqçi gəlib neyləyəcək? Yenə komandada dəyişiklər olacaq, başqa taktika seçiləcək, bu da millinin oyununda çətinliklər yaradacaq. Düşünürəm ki, Berti Foqtsa işləmək üçün yenə bir şans vermək lazımdır. Çünki artıq neçə vaxdır ki, komandanın bütün futbolçularını tanımaqla yanaşı, oyun üslublarına da yaxşı bələddir.
65 il sonra qayıtdılar
“Liverpul” "təmizləmə" işləri aparacaq
Mirça Luçesku vəfat etdi
Bu dəfə planşeti Ayxan Abbasov qırdı - Video
"Əgər qərar verirsənsə, VAR-a baxmalısan"
Azərbaycan millisindən ardıcıl ikinci qələbə
Misli Premyer Liqasında 26-cı tur yekunlaşdı
“Beşiktaş”ın futbolçusu sıradan çıxdı
Luçesku əməliyyat oluna bilməyəcək
Qırmızı vərəqə, "Zirə"nin qaçırdığı penalti - Video
"4-5 top fərqi ilə udacağımız oyunda heç-heçə etdik"
"Turan Tovuz"un xal itkisi - Video
"Zirə" kimi komandadan xal qazanmaq uğurdur" - Ayxan Abbasov
2-ci liqada liderlər böyükhesablı qələbə qazandılar
“Araz-Naxçıvan” - “Sabah”: Heyətlər
"Turan Tovuz" doğma stadionuna qayıdır
"Çox vacib xallar itirdik" - Kurban Berdiyev
Antonio Valensiya futbola qayıtdı
"Zirə" - "Şamaxı": Heyətlər açıqlandı
"Real" yeni mövsüm üçün ilk transferini etdi
Məşhur futbolçu karyerasını bitirdi
Konte iddialara cavab verdi
“İmişli” - “Turan Tovuz”: Heyətlər
"Çətinliyə baxmayaraq, mübarizə aparmalıyıq"
Maquayrla yeni müqavilə imzalandı
Azərbaycanda "ayın qolu"! Gözəlliyə baxın...- Video
"Bir gün yenidən “Neftçi”də olmaq istəyirəm" - Flavinyo
3 komandaya texniki məğlubiyyət verildi
AFFA baş məşqçiyə sərt cəza tətbiq etdi
Ürəyində problem yarandı, 34 yaşında karyerasını başa vurdu
"Razıyam, qolum baxımlı oldu" - Zubir
"Napoli" "Milan"a belə qalib gəldi - Video
Oğlu Luçeskunun durumundan danışdı