Vaqif Cavadov: “Biz tarix yazdıq”

Vaqif Cavadov: “Biz tarix yazdıq”
ÖLKƏ FUTBOLU 7 Sentyabr 2011 / 14:26 2468
-  A +

“Gözləmədiyimiz halda ilk hissədə məğlub duruma düşdük. Stadionun vəziyyəti də yaxşı deyildi”.

Qol.Az-ın məlumatına görə, bu sözlər Qazaxıstan seçməsi ilə oyundan sonra millimizin hücumçusu Vaqif Cavadov deyib. Komandamızın qollarından birinə imza atan Cavadov oyunun əhəmiyyətinin onlar üçün vacib olduğunu və tarix yazdıqlarını bildirib:

“İkinci yarıda özümüzü toplaya bildik. Bilirdik ki, bu oyunun əhəmiyyəti bizim üçün çox böyükdür. Qələbə qazandıq. Çox vacib idi. Çünki 7 xal hələ yığmamışdıq. İstəyirdik, elə bir gün olsun ki, tarix yazaq. Allaha şükür ki, o gün gəldi və biz tarix yazdıq. Ən əsası odur ki, biz doğma meydanda azarkeşlərimizə qələbə bəxş etdik”.

Xatırladaq ki, millimizin heyətində üçüncü qolu rəqib qapısından məhz Cavadov keçirib.

Daha çox


Son xəbərlər