Rauf Əliyev: "Qələbə qazanmasaydıq, hər şeyin sonu olardı"

Rauf Əliyev: "Qələbə qazanmasaydıq, hər şeyin sonu olardı"
ÖLKƏ FUTBOLU 7 Sentyabr 2011 / 00:07 3110
-  A +

"Belçika ilə oyundan sonra komandada özünəinam artmışdı. Bu oyunda da elə alındı ki, Mahir ötürmə verdi, mən vurdum".

Qol.Az-ın müxbiri ilə söhbətində bu sözləri Qazaxıstanla oyundan sonra millimizin hücumçusu Rauf Əliyev deyib.

Əliyev daha sonra bu oyunda yalnız qələbə qazanmalı olduqlarını bildirib: "Gözəl ötürməyə görə Mahirə təşəkkür edirəm. Foqtsun fasilədə bizə nə deməyindən asılı olmayaraq, bu gün qələbə qazanmalı idik. Əks təqdirdə hər şeyin sonu olardı.

Berti Foqtsun komandada qalıb-qalmayacağı isə mənim yox, rəhbərliyin işidir. Mən oyunçuyam. Meydana çıxıb öz qolumu vururam".

Daha çox


Son xəbərlər