Sergey Yuran Rusiya millisinə qiymət verdi

Sergey Yuran Rusiya millisinə qiymət verdi
ÖLKƏ FUTBOLU 5 Sentyabr 2011 / 11:10 2030
-  A +

“Simurq” klubunun baş məşqçisi Sergey Yuran Rusiya - Makedoniya matçından sonra meydan sahiblərinin oyununa qiymət verib.

Qol.Az-ın məlumatına görə, ukraynalı mütəxəssis rus mətbuatına açıqlamasında şimal qonşularımızın çıxışını tənqid edib. Yuran belə oyunla qarşıdakı İrlandiya matçında onlara çətin olacağını bildirib:

“Əsas olan 3 xalı qazanmaq idi. Mən Makedoniya millisinin oyununu xüsusilə vurğulamaq istərdim. Onlar əvvəlki kimi elə də asan rəqib deyillər. Hazırda bu komandanın tanınmış mütəxəssis çalışdırır. Hansı ki, kollektivin əsasını o özü qoyub. O ki qaldı Rusiya seçməsinə, əgər onlar İrlandiya ilə də belə oynasalar, işləri elə də asan olmayacaq”.

Rusiya millisinin yer aldığı qrupda 3 favorti komandanın olduğunu söyləyən Yuran Avro-2012-nin final mərhələsinə onlardan hansının yollanancağına dair dəqiq proqnoz verməyib:

“Hələliki Rusiya millisinin final mərhələsinə vəsiqə qazanacağı ilə bağlı proqnoz vermək tezdir. Qrupda 3 komanda – Rusiya, İrlandiya və Slovakiya yığmaları öz aralarında final mərhələsinə kimlərin gedəcəyini müəyyənləşdirəcəklər. Yerdə qalan kollektivləri isə ləğv etmək olar”.

Daha çox


Son xəbərlər