"Belçikanı məğlub edəcəyik, sizin üçün oynayacağıq"

"Belçikanı məğlub edəcəyik, sizin üçün oynayacağıq"
ÖLKƏ FUTBOLU 3 Sentyabr 2011 / 19:04 4093
-  A +

AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycanın Belçikadan 1 xal alması Türkiyə mətbuatının gündəmindən düşmür.

Qol.Az-ın məlumatına görə, qardaş ölkənin mətbuatı dünənki oyunla bağlı maraqlı məsələyə toxunub.

Türkiyə mətbuatına görə, Belçika ilə oyundan öncə AFFA-dan Türkiyə milli komandasının nümayəndələrinə zəng edərək "Belçikanı məğlub edəcəyik, sizin üçün oynayacağıq" bildirilib.

Oyundan sonra da Türkiyəyə zəng edən AFFA nümayəndələri "sizin üçün oynadıq" - deyə qardaş ölkəyə dəstək olduqlarını nümayiş etdiriblər.

Qeyd edək ki, məhz Azərbaycanın Belçikanı büdrətməsi sayəsində Türkiyə qrupda ikinci pilləyə yüksəlib. 


 

Daha çox


Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...

20.12.25  10:02

Salah üzr istəyib