Rauf Əliyev: "Doğma meydan amilindən maksimum yararlandıq"

Rauf Əliyev: "Doğma meydan amilindən maksimum yararlandıq"
ÖLKƏ FUTBOLU 2 Sentyabr 2011 / 23:48 2789
-  A +

"Oyundan öncə də demişdim ki, doğma meydan amilindən maksimum yararlanmalıyıq. Allaha şükür ki, bundan maksimum istifadə etdik".

Qol.Az-ın məlumatına görə, bu sözləri Belçika ilə oyunun qəhrəmanı Rauf Əliyev deyib.

Əliyev oyunla bağlı daha sonra bunları əlavə edib: "Qoldan sonra həvəsdən düşmədik və matçın sonlarında hesabı bərabərləşdirdik. Belçika çox güclü komandadır. Bununla belə, bu görüşdə bir xal ala bildik.

Matçın sonlarına yaxın komandamızda yorğunluq hiss olunurdu. İnanıram ki, Qazaxısanla oyuna qədər bu problem aradan qalxacaq. Mahir Şükürova da gözəl ötürməyə görə təşəkkür edirəm".

Daha çox


Son xəbərlər