“Belə bir komandada oynamaq böyük şərəfdir. “Neftçi”də çox mehriban kollektiv var. Klub prezidenti, rəhbərlik, baş məşqçi, futbolçular - hamısı çox mehribandır”.
Bu sözləri Qol.Az saytına açıqlamasında “Neftçi”nin yeni transferi Kanfori Silla deyib. Artıq “ağ-qaralar”ın məşqlərində iştirak edən qvineyalı yarımmüdafiəçi Azərbaycana gələnədək hər zaman çempionluq uğrunda mübarizə aparan bir komandaya keçmək istədiyini bildirib:
“Artıq komandanın hazırlıq proseslərində iştirak etmişəm. Oyunçular məşqlərdə canfəşanlıq edir, həvəslə çalışırlar. Bura gəlməzdən öncə yalnız çempionluq uğrunda mübarizə aparan komandaya keçmək istəyirdim. Bildiyimə görə, “Neftçi” hər zaman çempionluğa, yüksək nəticələrə oynayan komandadır. Bunun üçün çox şadam”.
“Neftçi”yədək Zaqatalanın “Simurq” klubunun düşərgəsində olduğunu da xatırladan futbolçu orada aldadıldığını iddia edib: “Əvvəlcə məni “Simurq” klubuna baxışa dəvət etdilər. Məşqlərdən sonra məni bəyəndiklərini və müqavilə bağlayacaqlarını dedilər.
İki gün sonra isə menecerim mənə “Simurq”un məşqçilər korpusu tərəfindən bəyənilmədiyimi söylədi. Halbuki onlar mənim oyunumdan razı qalıb, müqavilə bağlayacaqlarını demişdilər. Beləcə, “Simurq” tərəfindən aldadıldım. Əslində, əvvəlcə mənə “Simurq”un çempionluğa oynayan bir komanda olduğunu demişdilər. Lakin sonradan bunun belə olmadığını bildim.
Hər halda, sonda “Neftçi” ilə müqavilə bağladığıma görə çox şadam. Necə oyunçu olduğumu karyerama nəzər salıb, bilmək olar. “Neftçi”də də özümü yalnız yaxşı tərəfdən göstərməyə çalışacağam”.
Noyer millinin baş məşqçisi ilə problem yaşayır?
Ötən ildən bəri zədəsi hələ də sağalmayıb
1-ci liqada 5 oyunun hakimləri açıqlandı
Azərbaycanlı idmançı "Ginnesin Rekordlar Kitabı"na düşdü
"Mançester Siti" səfərdə "Çelsi"ni darmadağın etdi
"Avrokubok matçlarını Tovuzda keçirmək istəyərdik"
"Bu cür kiçik səhvlər nəticəyə təsir göstərir" - Saşa İliç
"İmişli"nin qələbəsindən - Video
"İmişli" "Qəbələ"yə, "Turan Tovuz" "Sumqayıt"a qalib gəldi
Renat Dadaşov oynadı, komandası heç-heçə etdi
Zerbinin "Tottenhem"dəki debütü uğursuz alındı
"Sumqayıt"ın futbolçusu zədələndi
"Məyusedici məğlubiyyətlə üzləşdik" - Kaxaber Sxadadze
“Turan” Tovuza qayıtdı: yeni meydanda ilk oyun - Video
"Liverpul"un kapitanı azarkeşlərin etirazına dəstək verdi
Mbappe məşqlərə qoşulmadı
"Turan Tovuz" - "Sumqayıt": Heyətlər
"Real" Toni Kroosa vəzifə vermək istəyir
“Fənərbaxça”nın qapıçısı hirsini kameraya tökdü - Video
Azərbaycan millisi Aktauya bu heyətlə gedir
"Qəbələ" - "İmişli": Heyətlər açıqlandı
Ronaldo dayanmaq bilmir, bu da 968-ci qolu - Video
Flik çempionluğa inanır
Nərimanın komandası autsayderə qarşı
"Milan"a 3 qol vurdular - Video
“Zirə” penalti gözləsə də, hakim “davam” dedi - Video
“Bavariya” 54 illik rekordunu yenilədi
Almaniya klubunda qadın baş məşqçi - Bundesliqada ilk
Kantedən gözəl qol, "Fənərbaxça"dan darmadağın - Video
"Yuventus" qalib gəldi, "Milan" uduzdu
Yuri Vernidubdan Ukrayna millisi iddialarına cavab
Salah və Nqumoha "Liverpul"a 3 xal qazandırdı
“Neftçi” “Araz-Naxçıvan”ı bu qollarla yendi - Video
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir