Belçika mətbuatı: “Foqts müqavilə müddətinin uzadılmasını istəyirsə...”

Belçika mətbuatı: “Foqts müqavilə müddətinin uzadılmasını istəyirsə...”
ÖLKƏ FUTBOLU 2 Sentyabr 2011 / 11:24 2692
-  A +

Avro-2012-nin seçmə mərhələsi çərçivəsində bu gün baş tutacaq Azərbaycan – Belçika oyunu rəqib ölkənin mətbuatında da geniş müzakirə olunur.

Qol.Az-ın məlumatına görə, Belçika kütləvi informasiya vasitələri yığmamızın baş məşqçisi Berti Foqts haqqında maraqlı xəbər yayıblar.
Əcnəbi həmkarlarımız alman mütəxəssisin bugünkü qarşılaşmada təzyiq altında olduğunu yazıblar:

“Belçika ilə oyunda Azərbaycan millisinin baş məşqçisi ciddi təzyiq altında olacaq. Onun komandamızla görüşdə bir xala çox ehtiyacı var. Foqts futbolçularından da bunu tələb edir. Çünki bu seçmə mərhələdən sonra Foqtsun müqaviləsinə yenidən baxılacaq. Alman çalışdırıcı müqavilə müddətinin uzadılmasını istəyirsə, Belçika və Avstriyadan bir xal götürüb, Qazaxıstanı məğlub etməlidir”.

Daha çox


Son xəbərlər
17.05.25  15:18

Ronaldo yeni klub alır