“Neftçi” rəhbərliyi Ruslan Abışovun İsveçin “Erebru” klubuna keçidinin baş tutmamasına münasibət bildirib.
Klubun vitse-prezidenti Tahir Süleymanov Qol.Az-ın müxbiri ilə söhbətində gənc futbolçunun transferinin alınmamasının səbəblərinə aydınlıq gətirərkən deyib ki, qarşı tərəfin təklif etdiyi müqavilə şərtləri onları razı salmayıb.
“Bildiyiniz kimi, Ruslan “Neftçi”nin son illər yetişdirdiyi ən istedadlı futbolçulardan biridir. Abışov millidə də forma geyir və Avropa klublarının diqqət mərkəzindədir. Futbolçuyla bağlı “Erebru” klubundan bizə rəsmi təklif gəldi. Ancaq biz bu təklifi dərhal qəbul edə bilməzdik. Ona görə də qarşı tərəfə bildirdik ki, Ruslanı transfer etmək istəyən klub ilk öncə Bakıya gəlməli və danışıqlar aparılmalıdır. Bundan sonra onlar bizdən üzr istədilər və şərtlərimizi qəbul etdilər. Yenidən bizə məlumat göndərdilər ki, avqustun 26-da Bakıya gələcəklər.
“Erebru” klubunun nümayəndələri idman direktoru səviyyəsində paytaxtımıza təşrif buyurdular. Hər iki klub arasında danışıqlar son dərəcə işgüzar və müsbət yöndə keçirildi. Klub prezidentimizin tapşırığı ilə biz Ruslanı hansı şərtlər daxilində “Erebru”ya verə biləcəyimizi İsveç klubunun nümayəndələrinə bildirdik. Bu barədə danışıqlarımız oldu və şərtlərimiz qəbul edildi. Düzdür, bu gün Ruslan “Neftçi”yə son dərəcə lazımlı futbolçudur.
Ancaq klubumuzun prezidenti Sadıq Sadıqovun göstərişi ilə yerli futbolçularımızın Avropa klublarında çıxışı üçün hər cür şərait yaradılıb. Azərbaycan futbolunun və milli komandamızın gələcəyini düşünərək, Sadıq müəllim qarşımıza belə bir məqsəd qoyub. Bu mənada, Abışovun keçidi üçün klub tərəfindən fədakarlıq edildi və hər iki klub arasında razılıq əldə olundu” - deyə T.Süleymanov bildirib.
Onun sözlərinə görə, bundan sonra şəxsi müqavilənin şərtlərinin müzakirə olunması ilə bağlı danışıqlar başlanıb və AZAL-la oyundan sonra “Erebru” nümayəndələri ölkələrinə yollanıblar: «Mənim bu günə bildiyim məlumat budur ki, İsveç klubu Ruslanı futbolçu tərəfdən təklif olunan müqavilə şərtləri ilə ancaq dekabr ayında transfer edə biləcəklərini bildirib. Çünki artıq İsveçdə çempionatın sonudur. Orada çempionat payız-yaz yox, yaz-payız sistemi ilə keçirilir.
Buna görə də onlar futbolçumuzu mövsümlərarası fasilədə, yəni qışda transfer edə biləcəklərini dedilər. Bu transfer indi indi yox, qış transferində baş tuta bilər. Həm futbolçu, həm də onun qardaşı və meneceri Sərxan Abışovla söhbətimiz olub. Onun da bildirdiyinə görə, tələsməməyi üstün tutublar. Çünki qış transfer “pəncərəsi”ndə başqa klublar da Ruslana maraq göstərirlər. Ola bilər ki, qışda başqa bir Avropa klubuna transfer olunsun. Bir daha vurğulayıram ki, hər iki klub arasında səmimi danışıqlar baş tutdu və hər hansı problem olmadı”.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı