Millimizə qol vuran futbolçu: “Bakıda işimiz asan olmayacaq”

Millimizə qol vuran futbolçu: “Bakıda işimiz asan olmayacaq”
ÖLKƏ FUTBOLU 31 Avqust 2011 / 13:08 2029
-  A +

“Sözsüz ki, Bakıda işimiz elə də asan olmayacaq. Uzun yol, vaxt fərqi və bu kimi bəzi amillər bizə mənfi təsir edə bilər. Ən əsası isə Azərbaycan millisi Türkiyə kollektivini məğlub edib. Onların yaxşı komandası var”.

Qol.Az-ın məlumatına görə, bu sözləri Belçika millisinin yarımmüdafiəçisi Timmi Simons deyib.

Qeyd edək ki, bu seçmə mərhələnin Belçika ilə ilk oyununda komandamızın qapısına vurulan qollardan birinin müəllifi məhz Simons olub. Millimizlə bu dəfəki oyuna da ciddi yanaşdıqlarını söyləyən “Nürnberq” klubunun oyunçusu komandada yaxşı əhval-ruhiyyənin olduğunu bildirib:

“Komandanın düşərgəsində əhval-ruhiyyə artıq yaxşıdır. Bərpa prosesi başa çatıb və artıq oyuna ciddi hazırlaşırıq. Bütün diqqətimizi Azərbaycanla matça yönəltmişik”.

Daha çox


Son xəbərlər
17.05.25  15:18

Ronaldo yeni klub alır